• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Makroiqtisadi hesabat

  • 12 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

Qeyd olunur ki, yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 166 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə ixrac, 160 ölkədən idxal rəsmiləşib, 2024-cü ilin ilk yarısı ilə müqayisədə idxal real ifadədə 4,4 faiz artıb, ixrac 9,3 faiz azalıb.

İyulun 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının ötən ilin eyni dövrünə nəzərən 9,4 faiz artaraq 1097,3 manata çatdığı bildirilir.

Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Əmək pensiyasının minimum məbləği 320 manatdır.

İyulun 1-nə ölkədə 1 milyon 103,3 min nəfər pensiyaçı qeydiyyatda olub. İl 1 milyon 98,3 min nəfərlə başlamışdı.

Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Yanvar-iyul aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu vurğulanır. Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 3,3 faiz azalma, qeyri-neft/qaz sektorunda 3,1 faiz artım qeydə alınıb, adambaşına 7076,9 manat ÜDM düşüb.

Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb

  • 12 Avqust 2025
  • comments

Putin Alyaskaya nə təkliflə gedir?

  • 13 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Fələstini tanımayan ölkələr

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

Son materiallar

comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Çin: “məlumat qəhrəmanı”na yenə iş kəsilib

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda