Avqustun 12-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 67,98 dollara satılır. Bu, ayın start qiymətindən 4,72 dollar aşağı göstəricidir.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70 dollarla başlayıb.
İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.