• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Netanyahunun sülh şərtləri

  • 11 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza müharibəsinin bitməsi şərtlərini açıqlayıb. Avqustun 10-u Yerusəlimdə mətbuat konfransı keçirən hökumət başçısı deyib ki, ilk növbədə HƏMAS təşkilatının bütün hərbi imkanları məhv edilməlidir.

Novator.az-ın məlumatına görə, Benyamin Netanyahu qalan şərtləri belə sıralayıb: israilli girovların azadlığa buraxılması, ölənlərin meyitlərinin qaytarılması; Qəzzanın hərbi qüvvələrsiz zona olması; bölgədə təhlükəsizliyin İsrailin nəzarətində qalması; Qəzzanın idarəçiliyinin İsrailə və Fələstinə aidiyyəti olmayan mülki administrasiyaya təhvil verilməsi.

Baş nazir əlavə edib ki, hazırda Qəzza bölgəsinin 70-75 faizi İsrail qüvvələrinin əlindədir.

1987-ci ildə yaradılan HƏMAS (İslami Müqavimət Hərəkatı) Fələstinin hərbi-siyasi təşkilatıdır, 2006-cı ildən Qəzza bölgəsinə nəzarət edib. 2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır.

Benyamin Netanyahu Fələstinə qarşı sərt münasibəti ilə ad çıxarıb. O, 1996-1999 və 2009-2021-ci illərdə hökumətə rəhbərlik edib, 2022-ci ildən yenə baş nazirdir.

Qəzza qırğını Fələstin Dövlətinin rəsmən tanınmaq məsələsini yenidən gündəmə gətirib. Bu il iyulun 24-də Fransa, iyulun 29-da Böyük Britaniya, iyulun 30-da Kanada, Portuqaliya, Lüksemburq, Andorra, San Marino, Malta, Finlandiya, Yeni Zelandiya və Avstraliya Fələstinin müstəqilliyini tanıyacaqlarını bəyan ediblər.

Hazırda 150-yə yaxın ölkə Fələstinin müstəqilliyini tanıyır. Bu addımı atmayan ölkələr arasında tanımaq anonsu vermiş ölkələrlə yanaşı ABŞ, Panama, Puerto Riko, Kamerun, Eritreya, Belçika, Niderland, Monako, Danimarka, Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn, İtaliya, Xorvatiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Litva, Moldova, Myanma, Cənubi Koreya, Yaponiya da var.

Mənbə: Jpost.com

Sülh yolunda

  • 09 Avqust 2025
  • comments

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salı...

  • 11 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

GLOBALS:0
comments
Xəbər

İnflyasiya hesabatı

GLOBALS:0
comments
ManşetXəbər

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?

GLOBALS:0
comments
Xəbər

Sülh yolunda

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

Son materiallar

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

GLOBALS:0
comments
Xəbər

İnflyasiya hesabatı

GLOBALS:0
comments
ManşetXəbər

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda