• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan-Azərbaycan münaqişəsi kimləri yola salıb?

  • 11 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

8 avqust 2025-ci il otuz səkkizinci ili yaşanan Ermənistan-Azərbaycan münaqişəsində sülh ümidi ilə tarixə düşür. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyannamə imzaladılar, sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürdülər, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini parafladılar, həmçinin vasitəçiliyə məsul olmuş ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət etdilər.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkatdan başlayıb. 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib, ardınca hərbi təcavüz vüsət alıb. 1992-ci il martın 24-də indiki ATƏT-in Xarici İşlər Nazirləri Şurası Minskdə Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb. Ancaq savaş yalnız 1994-cü ilin mayında, Azərbaycanın altıda biri (ölkənin cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi) işğal olunandan sonra dayanıb. 1997-ci ildən Minsk qrupuna Rusiya, Fransa və ABŞ həmsədrlik edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində 7 rayon tam, 4 rayon qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağın bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistanın nəzarətində qalır.

Novator.az bildirir ki, 1988-ci ildə münaqişə başlayanda Ermənistanla Azərbaycan Sovet İttifaqının tərkib hissəsi olublar. 1985-ci il martın 11-dən Sovet İttifaqının rəhbəri – Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi postunu tutan Mixail Qorbaçov 1988-ci il oktyabrın 1-dən həmçinin Ali Sovetə sədrlik edib, 1990-cı il martın 15-dən prezident kürsüsündə oturub. 1991-ci ildə Sovet İttifaqı dağılıb, dekabrın 25-də Mixail Qorbaçov səlahiyyətlərinin bitdiyini bəyan edib.

1930-cu illərdən Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri hakimiyyət başçısı sayılıb. Ermənistan-Azərbaycan münaqişəsinin başladığı 1988-ci ildə birinci katib postunu Kamran Bağırov tutub, həmin il onu Əbdürrəhman Vəzirov əvəzləyib. 1990-cı ilin yanvarından Ayaz Mütəllibov birinci katiblik edib, həmin ilin mayında parlamentin qərarı ilə prezident seçilib.

1991-ci il avqustun 30-da Azərbaycan dövlət müstəqilliyini bərpa edib, sentyabrın 8-də Ayaz Mütəllibov ümumxalq səsverməsi ilə yenidən prezident mandatı alıb.

1992-ci il martın 6-da Ayaz Mütəllibov istefa verib, prezident səlahiyyətlərini əvvəl Yaqub Məmmədov, mayın 18-dən iyunun 17-dək İsa Qəmbər icra edib.

1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy prezident seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb, 1993-cü il iyunun 24-də parlamentin qərarı ilə vəzifədən uzaqlaşdırılıb.

1993-cü il iyunun 24-dən dövlət başçısı səlahiyyətlərinin icraçısı olan Heydər Əliyev həmin il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də prezident seçilib.

2003-cü ildən İlham Əliyev prezidentlik edir.

1988-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda Karen Dəmirçyan əyləşirdi. Həmin il onu Suren Arutunyan əvəzləyib, 1990-cı ilin avqustundan Ermənistana parlament sədri Levon Ter-Petrosyan rəhbərlik edib. Levon Ter-Petrosyan 1991 və 1996-cı illərdə prezident seçilib, 1998-ci ildə istefa verib.

1998-2008-ci illərdə prezident postunu Robert Köçəryan, 2008-2018-ci illərdə Serj Sərkisyan tutub.

2018-ci il mayın 8-dən icra hakimiyyətinə baş nazir Nikol Paşinyan rəhbərlik edir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olmuş ölkələrin yaxın tarixi də hakimiyyət dəyişiklikləri ilə zəngindir.

Rusiyaya 1991-ci ildən Boris Yeltsin prezidentlik edib. 1999-cu il dekabrın 31-dən Vladimir Putin prezident səlahiyyətlərinin icrasını həyata keçirib, 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-2012-ci illərdə Dmitri Medvedyev prezident olub, 2012-ci ildən yenidən Vladimir Putin prezidentdir.

Ermənistan-Azərbaycan münaqişəsi başlayan zaman Fransaya Fransua Mitteran prezidentlik edib. 1995-2007-ci illərdə Jak Şirak, 2007-2012-ci illərdə Nikola Sarkozi, 2012-2017-ci illərdə Fransua Oland prezident olub. 2017-ci ildən Emmanuel Makron prezident postundadır.

1988-ci ildə Ronald Reyqan ABŞ prezidenti idi. 1989-cu ildən ata Corc Buş, 1993-cü ildən Bill Klinton, 2001-ci ildən oğul Corc Buş, 2009-cu ildən Barak Obama prezident olub.

2017-2021-ci illərdə Donald Tramp prezident kürsüsündə əyləşib.

2021-ci ildən Cozef Bayden prezident mandatı daşıyıb, 2025-ci ildən yenə Donald Tramp prezidentdir.

Netanyahunun sülh şərtləri

  • 11 Avqust 2025
  • comments

İnflyasiya hesabatı

  • 11 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Büdcənin xərc istiqamətləri

GLOBALS:0
comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

GLOBALS:0
comments
Xəbər

İnflyasiya hesabatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Netanyahunun sülh şərtləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Büdcənin xərc istiqamətləri

Son materiallar

comments
Xəbər

Büdcənin xərc istiqamətləri

GLOBALS:0
comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

GLOBALS:0
comments
Xəbər

İnflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda