Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərə dair arayış yayılıb. Novator.az bildirir ki, 64 şəhər və rayonda həm mer, həm də məclis seçilməsi nəzərdə tutulub. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur, yerli məclislərə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faizini toplamalıdır.
Mer postuna namizədlərin qeydiyyatı sentyabrın 6-da bitəcək. 25 yaşa çatmış, son altı ayda ölkədə yaşamış Gürcüstan vətəndaşının mer seçilmək hüququ var. Namizədi həm partiyalar, həm beş nəfərdən ibarət təşəbbüs qrupu təqdim edə bilər. Təşəbbüs qrupunun irəli sürdüyü namizədə dəstək imzaları tələb olunur. Hər rayon və şəhər üçün ayrıca imza həddi var.
Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.
2021-ci ilin yerli seçkilərində Gürcü Arzusu mütləq üstünlük əldə edib.