Mərkəzi Bank 7 il 5 aydır ABŞ dollarının kursunu sabit saxlayır.
Dolların rəsmi məzənnəsi 2015-ci ildə 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salıb. 2018-ci il martın 7-dən eyni qiymət qüvvədədir: 1,7 manat.
Kurs valyuta hərracları ilə tənzimlənir. Dövlət Neft Fondu Mərkəzi Bankın 2025-ci ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 3,7 milyard ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi statistika analoji satış həcmini 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar göstərib.