• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyadan uzaqlaşmaq sülhə yol açır – “Euronews”

  • 07 Avqust 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Euronews” kanalının internet səhifəsində ABŞ prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə gözlənən görüşündən yazı dərc olunub.

Avqustun 8-i ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Görüşlərin əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb.

Novator.az-ın məlumatına görə, “Euronews” Vaşinqton görüşünün Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına təkan verə biləcəyini vurğulayır: “Bu sammit yalnız Cənubi Qafqaz üçün önəmli deyil, qlobal miqyasda da mühüm mesaj daşıyır: Bakı və Yerevan münaqişəni Rusiyasız həll etməyə, xarici siyasətdə isə Moskva əvəzinə Qərbə yönəlməyə hazır olduqlarını nümayiş etdirirlər. Razılaşma imzalanarsa, bu, ABŞ prezidentinin beynəlxalq münaqişələrin həllində liderlik iddiasını gücləndirmiş olacaq”.

Yazıda qeyd olunur ki, Vaşinqton görüşünün keçirilmə vaxtı təsadüfi deyil: “Donald Trampın Kremlə Ukrayna cəbhəsində atəşkəslə bağlı qoyduğu müddətin başa çatdığı bir gündə (Ötən ay Donald Tramp Rusiyaya savaşı dayandırmaq üçün 50 gün müddət qoyub, sonra müddəti 10 günə endirib. Həmin müddət avqustun 8-də başa çatır – Novator.az) keçmiş SSRİ məkanının iki ölkəsinin Vaşinqtonda sülhə imza atması Rusiyada narahatlıq doğurmaya bilməz. Bu həm də bölgədə dəyişən geosiyasi reallıqların göstəricisidir. Daha Moskvaya Cənubi Qafqazda əvvəlki kimi etibar olunmur və artıq Rusiya bölgədə əvvəlki gücdə mövcud deyil.

Sülh gündəliyinin başlıca maddəsi Zəngəzur dəhlizidir – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək və Türkiyə ilə birbaşa quru əlaqəsi yaradacaq nəqliyyat marşrutu. Azərbaycan üçün bu layihə strateji əhəmiyyət daşıyır: dəhliz həm Naxçıvanla birləşməni təmin edəcək, həm də Türkiyə ilə əlaqələri gücləndirəcək, postmüharibə reallıqlarını infrastruktur diplomatiyası ilə möhkəmləndirəcək. Bakı dəhlizə üçüncü tərəflərin müdaxiləsini istəmir və onu öz nəzarətində görmək niyyətindədir. Ermənistan isə layihənin iqtisadi faydalarını etiraf etsə də, nəqliyyat yolunun tam şəkildə öz nəzarətində qalmasını tələb edir.

ABŞ Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edir. Bu təklif Bakıdan Türkiyəyə, oradan isə Avropa və Asiyaya uzanan fasiləsiz nəqliyyat arteriyasının yaradılmasını hədəfləyir. Ankara da dəhlizi öz enerji və ticarət ambisiyaları baxımından açar layihə kimi görür.

Lakin bu planlar Moskva və Tehranda qəzəblə qarşılanır. Hər iki paytaxt ABŞ-ın Cənubi Qafqazda fəallaşmasını öz nəzarət mexanizmlərinə təhdid kimi qiymətləndirir. İran üçün bu layihə Ermənistan vasitəsilə Cənubi Qafqaza çıxışı itirmək, yəni şimala birbaşa quru ticarət yolundan məhrum olmaq deməkdir. Dəhliz həm də Türkiyənin bölgədə nüfuzunu artıra və ABŞ-ın birbaşa İran sərhədlərində mövcudluğuna gətirə bilər. Rusiya isə dəhlizin gerçəkləşməsi ilə Cənubi Qafqazda son təsir imkanlarını da itirmiş olacaq”.

“Euronews” kanalının internet səhifəsindəki yazıda o da vurğulanır ki, Ukraynada savaş bataqlığında ilişib qalan Rusiya son illər Cənubi Qafqazda təsir dairəsini sürətlə itirib: “2023-cü ilin sentyabrında Azərbaycan qısa hərbi kampaniya ilə Qarabağ üzərində tam nəzarəti bərpa edib. Bu, uzun illərdir davam edən münaqişədə Kremlin vasitəçi rolu ilə formalaşan balansın tamamilə dəyişməsi anlamına gəlir. İki il sonra Bakı və Yerevan Rusiya kənarda qala-qala sülh razılaşması üzərində razılaşmağa yaxınlaşıblar. Moskvanın buna cavabı isə “vasitəçilik təşəbbüsləri” və Yerevana qarşı dezinformasiya kampaniyaları olub.

Rusiya ilə Azərbaycan arasında münasibətlər də son dövrlər gərginləşib. 2024-cü ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiyanın Qroznı şəhəri üzərində vurulub. Prezident İlham Əliyev bu hadisəyə görə Rusiyanın beynəlxalq məhkəməyə veriləcəyini istisna etmir. İyun ayında Rusiyada azərbaycanlı icması nümayəndələrinin zorakılığa məruz qalması, ardınca Bakıda Rusiyanın media nümayəndələrinin tutulması yeni eskalasiyalara səbəb olub.

Rusiya təsirindən uzaqlaşmaq Bakı və Yerevanın sülhə aparan yolunu aça bilib. Lakin Zəngəzur dəhlizi kimi ziddiyyətli məsələlərdə kompromisə gəlmək vaxt tələb edə bilər. Bu isə bölgədə yeni aktorlar və liderlər üçün fürsət pəncərəsi yaradır – həm diplomatik nüfuz, həm də iqtisadi dividendlər baxımından. Prosesə rəhbərlik etmək istəyənlərdən biri isə Donald Trampdır”.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda işğalçı rejim qurulub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri işğalda qalır.

2025-ci il martın 13-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırıldığı bəyan olunub.

Mənbə: Euronews.com

Yeni prezidentdən yeni konstitusiya vədi

  • 07 Avqust 2025
  • comments

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

  • 07 Avqust 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Yeni prezidentdən yeni konstitusiya vədi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Yeni prezidentdən yeni konstitusiya vədi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda