• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni danışıq ərəfəsi

  • 06 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 8-i ABŞ prezidenti Donald Trampın paytaxt Vaşinqtonda azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparması gözlənir. Üçtərəfli görüşün də nəzərdə tutulduğu danışıqların əsas mövzusunun sülh prosesi olacağı açıqlanıb.

Martın 13-də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin razılaşdırıldığı bəyan olunub, ancaq sənədin imzalanması üçün şərtlər var.

Azərbaycan öncə Ermənistan Konstitusiyasının giriş (preambula) hissəsinin dəyişdirilməsini istəyir.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.

1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.

1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.

5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. Konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.

Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi şərtini də irəli sürür. Bunun üçün öncə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir.

Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT-ə Azərbaycan və Ermənistan 1992-ci il yanvarın 30-da qəbul olunublar.

1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.

1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.

Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.

Ermənistanın 1988-1994-cü illərdəki təcavüzündə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal olunub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistanın, Ermənistan ərazisinin bir hissəsi – indi Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir.

“AzəriLayt”da enmə

  • 06 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“AzəriLayt”da enmə

GLOBALS:0
comments
Xəbər

Türkiyədə yeni çözüm cəhdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

“AzəriLayt”da enmə

Son materiallar

comments
Xəbər

“AzəriLayt”da enmə

GLOBALS:0
comments
Xəbər

Türkiyədə yeni çözüm cəhdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda