• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampa qalan müharibə… Trampın müharibəsidir – CNN

  • 05 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

CNN kanalının internet səhifəsi “Ukrayna müharibəsi artıq Trampın müharibəsidir” başlıqlı məqalə dərc edib. Novator.az-ın məlumatına görə, məqalədə ABŞ prezidenti Cozef Baydenin 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayan rusiyalı həmkarı Vladimir Putini dayandırmaq cəhdlərinin nəticə vermədiyi, 2025-ci ilin yanvarında dövlət başçısı postuna qayıdan Donald Trampın bu məsələdə bir müddət çox fərqli siyasət yürütməyə çalışdığı xatırladılır.

2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib. Rusiya Ukraynanın təslim olub ərazi itkilərini qəbul etməsini istəyir.

CNN kanalının internet səhifəsində yazıda qeyd olunur ki, Ağ evin yeni sahibinin cəhdlərinə baxmayaraq Rusiya-Ukrayna müharibəsi artıq Donald Trampın müharibəsinə çevrilib: “Dünyanın ən güclü siyasi postunda əyləşsə də, Trampın seçim imkanı, ayrı yolu yoxdur: o, İkinci Dünya müharibəsindən sonra Avropada baş qaldırmış ən iri hərbi münaqişə ilə məşğul olmaq məcburiyyətindədir, çünki Birləşmiş Ştatlar ona qədər – Cozef Baydenin hakimiyyəti dövründə Ukraynanın əsas müttəfiqi və sponsoru missiyasını öz üzərinə götürüb”.

Məqalədə vurğulanır ki, xüsusilə son iki həftədə baş verən hadisələr Trampın Ukrayna müharibəsinin yükü altına girdiyini, bu müharibəni öz problemi kimi qəbul etdiyini göstərir: “Onun ən təəccüblü addımı isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin adətən ciddiyə alınmayan nüvə hədələrinə reaksiyası – ABŞ-ın sualtı nüvə qayıqlarını Rusiyaya yaxın ərazilərə yerləşdirmək göstərişi oldu. Vur-tut bir ay ərzində ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarı verən ölkədən Rusiyaya nüvə gücünü nümayiş etdirən dövlətə çevrildi.

Trampın Ukrayna ilə sülh razılaşmasına gəlmək üçün Rusiyaya verdiyi vaxt isə bu həftə başa çatır. İndi o, bu münaqişə ilə bağlı bəlkə də ən taleyüklü qərarını elan etməli, Rusiya ilə ticarət əlaqələrini kəsməyən ölkələrə, xüsusilə Hindistanla Çinə sanksiyalar tətbiq etməlidir.

Tramp artıq bəyan edib ki, Hindistana qarşı gömrük rüsumlarını artıracaq, çünki bu ölkə, ABŞ prezidentinin sözləri ilə desək, rusların müharibə maşınının adamları qırıb çatmasını vecinə almadan Rusiya neftini satmaqla məşğul olur, insan talelərini deyil, yalnız öz qazancını güdür. Trampın nəzərdə tutduğu yeni tədbirlərin detalları hələ açıqlanmayıb. Hindistanın Rusiyadan enerji almağı dayandırmaq niyyətində olub-olmadığı da bilinmir. Çinə gəlincə, Rusiya neftindən və qazından tam asılı vəziyyətdə olan ölkənin bundan imtina edəcəyi heç ağlabatan görünmür”.

Məqalədə xatırladılır ki, Barak Obama prezident postuna gələndə ABŞ İraqda, Əfqanıstanda döyüşürdü: “Obama İraqdan çəkildi, amma Əfqanıstanda hərbi əməliyyatları genişləndirməli oldu. Bu, gözlənilən nəticəni vermədi. Əfqanıstan müharibəsi Obamanın müharibəsinə çevrildi, hərçənd münaqişəni o başlamamışdı, özündən əvvəlki prezidentdən miras almışdı”.

İndi Trampın eyni taleni yaşadığı, ona miras qalmış bir böhranla üz-üzə qaldığı vurğulanır: “Bu böhran isə sadəcə onun bitməsini istəməklə, yaxud sərt ritorika seçməklə bitəsi deyil. Tramp nə qədər narahatlığını, kədərini ifadə etsə də, Rusiya-Ukrayna cəbhəsində qırğın dayanmır”.

Məqalədə deyilir ki, ukraynalılar sülh içində, gecələr hava həyəcanı siqnalı eşitmədən sakitcə yaşamaq istəsə də, Putinin istədiyi başqadır – o, Ukraynanı tam təslim etməyə çalışır: “Beləliklə, reallıq bundan ibarətdir: Ukrayna müharibəsi artıq Trampın müharibəsidir. Bu, onun prezidentliyi üçün taleyüklü, həlledici bir münaqişəyə çevrilib. Avropanın təhlükəsizliyi, Çinin gələcəkdə aqressiv davranıb-davranmayacağı bu münaqişənin necə bitəcəyindən asılıdır. Çin bunu başa düşür, ona görə də Rusiyanın qalib gəlməsini istəyir. Avropa da riskləri görür və Rusiya gələcəkdə onun zəifliyindən istifadə edə bilməsin deyə silahlanır. Bəs Tramp nə edəcək? Ağır qərarların məsuliyyəti altına girə biləcəkmi? Qarşıdakı həftədə görəcəyik”.

İyulda Donald Tramp Rusiyaya savaşı dayandırmaq üçün 50 gün müddət qoyub, sonra müddəti 10 günə endirib. Həmin müddət avqustun 8-də başa çatır.

Mənbə: CNN.com

Gürcüstanda ərzaq 10,4 faiz bahalaşıb

  • 04 Avqust 2025
  • comments

Litvada müvəqqəti hökumət

  • 05 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litvada müvəqqəti hökumət

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda ərzaq 10,4 faiz bahalaşıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin inflyasiya statistikası

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litvada müvəqqəti hökumət

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda ərzaq 10,4 faiz bahalaşıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda