• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

  • 05 Avqust 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetŞərh

Rusiyalı yazıçı və ədəbiyyatşünas Dmitri Bıkov tarixçi alim, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Bencamin Natansdan müsahibə götürüb.

Bencamin Natans yəhudidir. 1962-ci ildə ABŞ-da doğulub. Tibb üzrə Nobel mükafatı laureatı olan mikrobioloq Daniel Natansın oğludur.

ABŞ-da, Almaniyada və İsraildə universitetlər bitirmiş Bencamin Natans 1980-ci illərin ikinci yarısında Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetində də oxuyub. “Sərhəddən kənarda. Yəhudilər və imperiyanın son dönəmlərindəki Rusiya” kitabının müəllifidir. Hazırda Pensilvaniya Universitetində Rusiya imperiyası, Sovet İttifaqı və Şərqi Avropa tarixindən dərs deyir.

Bencamin Natansın SSRİ-də mövcud olmuş dissident hərəkatının tarixindən bəhs edən “Ümidsiz işimizin uğuru naminə” kitabı 2025-ci ildə Pulitser mükafatına (ədəbiyyat, jurnalistika və incəsənət sahəsində ən tanınan mükafatlardan biridir) layiq görülüb.

Dmitri Bıkovun Bencamin Natansdan götürdüyü müsahibə rusiyalı mühacir jurnalistlərin Republic.ru internet nəşrində dərc olunub.

Novator.az-ın məlumatına görə, müsahibə zamanı Bencamin Natans Rusiya prezidenti Vladimir Putin barədə də danışıb. O deyib ki, Putin rejiminin gələcəyinə dair söz demək çətindir: “Mən hətta gələn il nə olacağını proqnozlaşdırmağa çətinlik çəkirəm, o ki qaldı gələcək onilliklər ola. Hər şey Ukrayna müharibəsinin taleyindən, eyni zamanda Rusiya iqtisadiyyatının bu müharibənin yükünə, Qərbin tətbiq etdiyi sərt sanksiyalara necə tab gətirəcəyindən asılıdır. Putin əlində çox böyük hakimiyyət cəmləyib, amma o, ölümsüz deyil. Həm də Rusiya tarixində hakimiyyət dəyişikliyi heç vaxt asan başa gəlməyib. Nə qədər qəribə səslənsə də, Rusiyada bu prosesdən ötrü hələ də lazım olan qaydalar, normativlər, ümumi prinsiplər yoxdur. Biz Putinin konstitusiyada bir nəfərin prezidentlik dövrü üçün nəzərdə tutulan səlahiyyət müddəti məhdudiyyətlərini necə rahatlıqla pozduğunu gördük. İntuisiyam mənə deyir ki, gələcəkdə Rusiyaya kimin rəhbərlik edəcəyini çox az sayda insan müəyyənləşdirəcək. Çox güman, Putin özü onların arasında olmayacaq. Onu da hiss edirəm ki, rusiyalıların əksəri bu prosesə mane olmağa cəhd göstərməyəcək. Bəziləri məmnuniyyətlə, bir qismi isə dodağının altında mızıldana-mızıldana nəticəni qəbul edəcək.

Hazırda nisbətən sabit qalmış sistemi poza biləcək iki əsas amil var: Rusiyanın Ukrayna cəbhəsində hərbi mövqeyinin ciddi şəkildə pisləşməsi, ya da Rusiya iqtisadiyyatında dərin tənəzzül. Əslində bu yalnız Rusiya tarixinə aid deyil, ümumən tarixi təcrübə belə kataklizmlərin ciddi dəyişikliklər doğurduğunu göstərir. Məncə, tarixə başqalarından qat-qat çox müraciət edən Putin özü bu dərsləri yaxşı anlayır. Belə başa düşürəm ki, Rusiya rəhbərliyi hərbi məğlubiyyətin, iqtisadi tənəzzülün qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib. Çünki hazırda Rusiya hakimiyyəti üçün bütün digər məsələlər üçüncü dərəcəli əhəmiyyət daşıyır”.

1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ilin may ayından baş nazir olub, 2012 və 2018-ci illərdə prezident mandatı alıb.

2020-ci ildə Rusiya Konstitusiyasına dəyişikliklər edilib. Yeniliklərdən birinə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunub və Vladimir Putin növbəti iki prezident seçkisinə qatılmaq imkanı əldə edib, 2024-cü ildə yenidən prezident seçilib.

Mənbə: Republic.ru

Litvada müvəqqəti hökumət

  • 05 Avqust 2025
  • comments

Ermənistanın istehlak bazarı: yeni bilgi

  • 05 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı: yeni bilgi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litvada müvəqqəti hökumət

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampa qalan müharibə… Trampın müharibəsidir – CNN

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı: yeni bilgi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litvada müvəqqəti hökumət

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda