İyulda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 33,52 faiz artıb.
Kommunal xidmətlərdə bahalaşma 62,01 faiz, səhiyyədə 37,49 faiz, ərzaq və spirtsiz içkilərdə 27,95 faiz, spirtli içkilər və tütün məmulatlarında 27,79 faiz, nəqliyyatda 26,57 faiz, rabitədə 19,62 faiz, geyim və ayaqqabılarda 10,67 faiz göstərilir.
Novator.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 120-də dəyər yüksəlişi, 18-də ucuzlaşma qeydə alınıb, 5-də qiymət dəyişməyib.
Avqustun 4-də Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 4 manat 18 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.
Mənbə: Tuik.gov.tr