OPEK+ koalisiyası hasilat normalarını yenidən qismən dəyişir. Novator.az-ın məlumatına görə, sentyabr ayından xam neftin gündəlik hasilat kvotaları belə müəyyən olunacaq:
Səudiyyə Ərəbistanı – 9 milyon 978 min barrel
Rusiya – 9 milyon 449 min barrel
İraq – 4 milyon 220 min barrel
Birləşmiş Ərəb Əmirlikləri – 3 milyon 375 min barrel
Küveyt – 2 milyon 548 min barrel
Meksika – 1 milyon 753 min barrel
Qazaxıstan – 1 milyon 550 min barrel
Nigeriya – 1 milyon 500 min barrel
Əlcəzair – 959 min barrel
Oman – 801 min barrel
Azərbaycan – 551 min barrel
Malayziya – 401 min barrel
Konqo – 277 min barrel
Bəhreyn – 196 min barrel
Qabon – 177 min barrel
Cənubi Sudan – 124 min barrel
Bruney – 83 min barrel
Ekvatorial Qvineya – 70 min barrel
Sudan – 64 min barrel.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70 dollarla başlayıb.
Mənbə: Opec.org