Avqustun 1-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 72,70 dollara satılır.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01 dollarla başlayıb.
İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Kondensatla birlikdə neft hasilatı 2025-ci ilin ilk yarısında 13,7 milyon ton göstərilib.