• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fələstini tanımaq istəyən ölkələr artdı

  • 31 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Fələstin Dövlətini tanımaq anonsları artır. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin Fələstini müstəqil dövlət kimi tanıyacağını bəyan etmiş, qərarın BMT Baş Məclisinin sentyabr sessiyası zamanı veriləcəyini demişdi. Böyük Britaniya hökumətinin 29 iyul iclasından sonra açıqlama yayan baş nazir Kir Starmer İsrailə çağırışında Fələstinin Qəzza bölgəsində dinc sakinlərin hədəf alınmasını, əraziyə humanitar yardımların gətirilməsinə maneələri pisləmiş, atəşkəsi təmin etmək tələbi qoymuş, əks halda sentyabr ayında Fələstinin müstəqil dövlət kimi tanınacağını bildirmişdi.

Novator.az-ın məlumatına görə, iyulun 30-da daha 9 ölkənin sentyabrda Fələstinin müstəqilliyini tanıyacağı bəlli olub. Nyu-Yorkda BMT-nin keçirdiyi Fələstin konfransından sonra 15 ölkənin xarici işlər naziri, o cümlədən Fələstini tanımayan Kanada, Portuqaliya, Lüksemburq, Andorra, San Marino, Malta, Finlandiya, Yeni Zelandiya və Avstraliyanın təmsilçiləri belə bəyannamə imzalayıb.

Hazırda 150-yə yaxın ölkə Fələstinin müstəqilliyini tanıyır. Bu addımı atmayan ölkələr arasında tanımaq anonsu vermiş ölkələrlə yanaşı ABŞ, Panama, Puerto Riko, Kamerun, Eritreya, Belçika, Niderland, Monako, Danimarka, Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn, İtaliya, Xorvatiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Litva, Moldova, Myanma, Cənubi Koreya, Yaponiya da var.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır. 2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə olub, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Mənbələr: France24.com, Wikipedia.org

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

  • 30 İyul 2025
  • comments

Məzənnə zirvələri

  • 31 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda