• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

  • 31 İyul 2025
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

ABŞ-da prezidentin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Donald Tramp kürsüyə dörd il fasilədən sonra qayıdıb. Onun ilk prezidentliyi 2017-2021-ci illəri əhatə edib, ikinci prezidentliyi 2025-ci ildə başlayıb. Belə hal bir dəfə də qeydə alınıb: Qrover Klivlend 1885-1889 və 1893-1897-ci illərdə prezident olub.

Maksimum iki dəfə seçilmək qaydası bir yol – 1939-cu ildə başlayan İkinci Dünya müharibəsi dövründə pozulub: iki dəfə seçilmiş Franklin Ruzvelt (1933-1945-ci illərdə prezidentlik edib) daha iki dəfə dövlət başçısı mandatı alıb. O və Uilyam Harrison (1841-ci ildə prezidentlik edib), Zakari Teylor (1849-1850), Uorren Hardinq (1921-1923) dövlət başçısı postunda vəfat ediblər.

Avraam Linkoln (1861-1865-ci illərdə prezidentlik edib), Ceyms Harfild (1881), Uilyam Mak-Kinli (1897-1901), Con Kennedi (1961-1963) vəzifə başında öldürülüblər.

İki dəfə prezident seçilmiş Riçard Nikson (1969-cu ildən dövlət başçısı olub) 1974-cü ildə istefa verib.

Prezident vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri vitse-prezidentə keçir (həmin şəxs yalnız bir dəfə prezident seçilə bilər). Dövlət başçısı postuna vitse-prezidentlikdən gəlmiş şəxslər bunlardır: Con Tayler (1841-1845-ci illərdə prezidentlik edib), Millard Fillmor (1850-1853), Endrü Conson (1865-1869), Çester Artur (1881-1885), Teodor Ruzvelt (1901-1909), Kalvin Kulic (1923-1929), Harri Trumen (1945-1953), Lindon Conson (1963-1969), Cerald Ford (1974-1977).

Corc Vaşinqton (1789-1797), Con Adams (1797-1801), Tomas Cefferson (1801-1809), Ceyms Medison (1809-1817), Ceyms Monro (1817-1825), Endrü Cekson (1829-1837), Uliss Qrant (1869-1877), Vudro Vilson (1913-1921), Duayt Eyzenhauer (1953-1961), Ronald Reyqan (1981-1989), Bill Klinton (1993-2001), oğul Corc Buş (2001-2009), Barak Obama (2009-2017) iki tam müddət prezidentlik ediblər.

Con Kuinsi Adams (1825-1829), Martin Van Buren (1837-1841), Ceyms Noks Polk (1845-1849), Franklin Pirs (1853-1857), Ceyms Bükenen (1857-1861), Raterford Heys (1877-1881), Bencamin Harrison (1889-1893), Uilyam Taft (1909-1913), Herbert Huver (1929-1933), Cimmi Karter (1977-1981), ata Corc Buş (1989-1993), Cozef Bayden (2021-2025) bir müddətlə kifayətləniblər.

Ümumilikdə ABŞ prezident vəzifəsində 45 şəxs əyləşib.

Prezidenti ümumxalq səsverməsində müəyyənləşən xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verir və həmin qərar Konqresin aşağı və yuxarı palatalarının birgə iclasında təsdiqlənir.

Mənbə: Millercenter.org

Ermənistanın nə qədər borcu var?

  • 31 İyul 2025
  • comments

İki mərhələ, 74 üzülmə

  • 01 Avqust 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0
comments
Xəbər

Avqust siftəsi

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Xarici borcun detalları

Son materiallar

comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda