• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Britaniyanın Fələstin şərti

  • 30 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Böyük Britaniyanın baş naziri, hakim Leyboristlər Partiyasının lideri Kir Starmer İsrailə çağırış edib. Novator.az-ın məlumatına görə, hökumətin 29 iyul iclasından sonra açıqlama verən baş nazir Fələstinin Qəzza bölgəsində dinc sakinlərin hədəf alınmasını, əraziyə humanitar yardımların gətirilməsinə maneələri pisləyib, atəşkəsi təmin etmək tələbi qoyub, əks halda sentyabr ayında, BMT Baş Məclisinin sessiyası zamanı Fələstinin müstəqil dövlət kimi tanınacağını deyib.

Böyük Britaniya İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirir. Dövlət başçısı kürsüsünü kral III Karl tutur, hökuməti parlamentin 650 nəfərlik İcmalar Palatasında azı 326 mandatı olan siyasi qüvvə qurur.

Ötən həftə Fransa prezidenti Emmanuel Makron sentyabr ayında ölkəsinin Fələstinin müstəqilliyini tanıyacağını bəyan etmişdi.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır. 2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə olub, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Hazırda BMT-nin 147 üzvü Fələstinin müstəqilliyini tanıyır. İndiyəcən bu addımı atmayan ölkələr arasında Fransa və Böyük Britaniya ilə yanaşı ABŞ, Kanada, Panama, Puerto Riko, Kamerun, Eritreya, Portuqaliya, Belçika, Niderland, Lüksemburq, Andorra, Monako, Danimarka, Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn, İtaliya, San Marino, Malta, Xorvatiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Finlandiya, Estoniya, Latviya, Litva, Moldova, Myanma, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiya da var.

Mənbə: Gov.uk

Azərbaycanda cins nisbəti (1991-2025)

  • 30 İyul 2025
  • comments

Demokratın kədəri, qəlbi

  • 30 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda