Gürcüstanda tez-tez növbədənkənar parlament seçkisi tələbləri gündəmə gəlir. Novator.az bildirir ki, GORBİ Beynəlxalq Tədqiqat Mərkəzinin 22 iyun-5 iyul arası 2300 nəfər arasında apardığı rəy sorğusuna qatılan respondentlərin 56,2 faizi mümkün parlament seçkisində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasına səs verəcəyini bəyan edib.
Ölkədə hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. 2024-cü il oktyabrın 26-da keçirilmiş son parlament seçkisində Gürcü Arzusu 89 mandat alıb. 61 mandat götürən müxalif qurumlar parlamenti tanımadıqlarına görə kürsülərini itiriblər.
GORBİ-nin yeni sorğusu müxalif partiyalara dəstəyin 1,8 faizlə 10,7 faiz arasında dəyişdiyini göstərir.
Gürcüstan oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərə köklənib. Qanun yerli məclislərə düşmək üçün partiyaların etibarlı səslərin azı 4 faizini toplamasını nəzərdə tutur. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur.
2024-cü ilin yerli seçkilərində Gürcü Arzusu 64 şəhərin 63-də mer postuna sahib çıxmış, məclislərdə də üstünlük əldə etmişdi.