• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağ evə müdaxilə

  • 28 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Paytaxt Vaşinqtonda ABŞ prezidenti Donald Trampa qarşı mümkün təhlükənin qarşısının alındığı xəbəri yayılıb. Məxfi Xidmətin yaydığı bilgiyə görə, iyulun 27-si saat 14:30 radələrində bir nəfər prezidentin baş iqamətgahı olan Ağ evə bitişik Maliyyə Nazirliyinin hasarını aşaraq əraziyə daxil olub və gətirdiyi çantanı yerə atıb.

“Fox News” kanalı federal hüquq mühafizə orqanlarına istinadla qeyd edir ki, paytaxt polisinin partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə xüsusi qrupu çantanı yoxlayıb və təhlükəli hesab etməyib.

Şübhəli şəxs tibbi müayinə üçün xəstəxanaya aparılıb. Ona əraziyə qanunsuz daxil olma ittihamı irəli sürüləcəyi vurğulanır.

Novator.az bildirir ki, Donald Tramp 2024-cü ilin seçki kampaniyası zamanı iki dəfə sui-qəsd cəhdlərinin hədəfi olub. İyulun 13-də Pensilvaniyada keçirilən seçki mitinqində siyasətçiyə damdan atəş açılıb. Donald Tramp qulağından yaralanıb. Hücum zamanı bir nəfər həyatını itirib. Atəş açan şəxs hadisə yerində zərərsizləşdirilib.

Sentyabrın 15-də Donald Tramp Florida ştatında özünə məxsus qolf klubunda oynayarkən əraziyə silahlı şəxs daxil olub. Şübhəli şəxs – Rayan Raut tutulub.

Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub, 2021-ci il yanvarın 20-də postunu tərk edib.

2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.

Mənbə: Foxnews.com

Seçki çağırışında yeni addım

  • 28 İyul 2025
  • comments

Seçkisiz Ukrayna

  • 28 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçki çağırışında yeni addım

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

Son materiallar

comments
Dünyanın səsiXəbər

Seçkisiz Ukrayna

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Seçki çağırışında yeni addım

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda