2025-ci il iyulun 1-nə Azərbaycanda 28,4 milyard manatdan çox kredit, 15,4 milyard manatdan çox əmanət rəsmiləşib, 22 bankın cəmi aktivləri 56,7 milyard manatı, cəmi öhdəlikləri 49,7 milyard manatı ötüb.
Mərkəzi Bankın statistik bülleteninə görə, ödəniş vaxtı keçmiş kreditlər 527,4 milyon manata çatıb. 2025-ci il 449,1 milyon manatla başlamışdı.
Hesabata əsasən, Bakıda 21,7 milyard manatdan çox kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 146,6 milyon manat, Gəncə-Daşkəsən – 842,6 milyon manat, Lənkəran-Astara – 663,5 milyon manat, Mərkəzi Aran – 572,9 milyon manat, Qazax-Tovuz – 536,2 milyon manat, Şəki-Zaqatala – 517 milyon manat, Qarabağ – 500 milyon manat, Quba-Xaçmaz – 486,8 milyon manat, Naxçıvan – 461,4 milyon manat, Şirvan-Salyan – 446,3 milyon manat, Mil-Muğan – 308,1 milyon manat, Dağlıq Şirvan – 194,6 milyon manat, Şərqi Zəngəzur – 11,8 milyon manat.
Bakıda 13,5 milyard manatdan çox əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 603 milyon manat, Gəncə-Daşkəsən – 255,1 milyon manat, Quba-Xaçmaz – 153,2 milyon manat, Lənkəran-Astara – 152,8 milyon manat, Mərkəzi Aran – 140,7 milyon manat, Şəki-Zaqatala – 136,2 milyon manat, Qazax-Tovuz – 130,9 milyon manat, Qarabağ – 98,5 milyon manat, Naxçıvan – 75,7 milyon manat, Şirvan-Salyan – 73 milyon manat, Mil-Muğan – 49,1 milyon manat, Dağlıq Şirvan – 55,3 milyon manat, Şərqi Zəngəzur – 719 min manat.