Dövlət Gömrük Komitəsi bildirir ki, 2025-ci ilin ilk yarısında Azərbaycanın ixracının 11,1 milyard dolları neft-qaz sektorunun, 38,5 milyon dolları elektrik enerjisinin payına düşüb.
Meyvə-tərəvəz ixracı 415,7 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 31,2 milyon dollar, şəkər ixracı 20,9 milyon dollar, tərəvəz və meyvələrin emal məhsullarının ixracı 19,2 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağların ixracı 11,5 milyon dollar, çay ixracı 3,1 milyon dollar göstərilib.
Qalan ixrac məhsulları statistik dəyərə görə belə sıralanıb: plastmas və ondan hazırlanan məmulatlar – 187,2 milyon dollar, kimya sənayesi məhsulları – 174,3 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar – 100,9 milyon dollar, pambıq lifi – 100,2 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 45,5 milyon dollar, sement – 28,9 milyon dollar, iplik pambıq – 12,9 milyon dollar.
Yarım illik idxal statistikası belə rəsmiləşib: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 1,6 milyard dollar, yeyinti məhsulları – 1,27 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri – 1,21 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 528,2 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 274,8 milyon dollar, əczaçılıq məhsulları – 259,3 milyon dollar, geyim və geyim ləvazimatı – 205,4 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 178,2 milyon dollar, mebel və onun hissələri – 72,2 milyon dollar, tütün və tütün məmulatları – 56,7 milyon dollar, gübrə – 46,3 milyon dollar.