• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fələstinə dəstəyin cəzası var

  • 24 İyul 2025
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Nyu-Yorkda yerləşən Kolumbiya Universiteti dövlətə 200 milyon dollar cərimə, yəhudi əməkdaşlarına 20 milyon dollar təzminat ödəməyə razılaşıb. Novator.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında belə yazıb.

Dövlət başçısı qeyd edib ki, ali təhsil ocağının rəhbərliyi universitet ərazisində Fələstinə dəstək aksiyalarına qatılmış tələbələri cəzalandırıb, federal qanunun pozuntusuna yol verildiyini, yəhudi əməkdaşların qanunsuz təqibə, sıxma-boğmaya məruz qoyulduğunu etiraf edib.

Universitet cərimə və təzminat ödənişi ilə yanaşı yəhudi tələbələrin təhlükəsizliyini gücləndirməyə, müxtəliflik, bərabərlik, inklüzivlik proqramlarını yeniləməyə boyun olub. Əvəzində təhsil ocağı 400 milyon dollardan çox dövlət maliyyəsinə çıxış əldə edəcək.

Donald Tramp qeyd edib ki, analoji pozuntulara yol verilmiş başqa universitetləri də məsuliyyət gözləyir.

2024-cü ildə ABŞ-ın bir çox universitetinin tələbə şəhərciklərində Fələstinə dəstək aksiyaları keçirilib, polislə sərt toqquşmalar qeydə alınıb. Aksiyaların əsas tələbi ABŞ-ın İsrailə yardımları dayandırması olub.

1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb. BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalındadır.

2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə olub, ardınca böyük savaş başlayıb, Qəzzanın böyük hissəsi tam dağıdılıb. Dünya ictimaiyyətinin bir hissəsi İsrailin cavab tədbirini çox amansız sayır, fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.

Mənbə:Foxnews.com

İxrac-idxal incəlikləri

  • 24 İyul 2025
  • comments

Tbilisidə ev neçəyədir?

  • 24 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda