Klassik bölgüyə görə, Azərbaycan yarı prezident idarə üsullu ölkə kimi təsnif olunur. Novator.az bildirir ki, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus, Litvada da bu tip idarəçilik var.
Fransa, Portuqaliya, Avstriya, Rumıniya, Polşa, Misir, Əlcəzair, Peru da yarı prezident idarə üsullu ölkələr kimi gedir.
Türkiyə, Türkmənistan, Qırğızıstan, Tacikistanda prezident idarə üsulu hökm sürür. Amerikada əksər ölkə, o cümlədən ABŞ, Meksika, Argentina, Braziliya, Çili, Kolumbiya, Asiyada Filippin, İndoneziya, Cənubi Koreya bu modellə idarə olunur.
Kiprin cənubu prezident respublikası, şimalı parlament respublikası kimi göstərilir.
Ermənistan, Gürcüstan, Moldova, Estoniya, Latviya, Albaniya, Almaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Xorvatiya, İrlandiya, İtaliya, Kosovo, Macarıstan, Malta, Serbiya, Slovakiya, Sloveniya, Yunanıstan, Hindistan, Pakistan parlament respublikalarıdır.
Belçika, Böyük Britaniya (Avstraliya, Kanada, Yeni Zelandiya ilə birgə), Danimarka, İspaniya, İsveç, Lüksemburq, Niderland, Norveç, Yaponiya formal monarxiyalardır, bu ölkələrdə hökuməti parlament qurur. Malayziya, Tailand da eyni cərgədə yer alır.
Çin, Şimali Koreya, Vyetnam, Kuba təkpartiyalı sistemlə idarə olunur.
Səudiyyə Ərəbistanı mütləq monarxiya, İran teokratik (dini) rejimdir.
Mənbə: Wikipedia.org