Rəsmi hesabata görə, Azərbaycan 2025-ci ilin ilk yarısında 166 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 12,8 milyard dolları, idxal 11,5 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsi aylar üzrə dinamikanı belə göstərir: yanvar – 3,03 milyard dollarlıq ixrac, 2,05 milyard dollarlıq idxal; fevral – 1,7 milyard dollarlıq ixrac, 2,08 milyard dollarlıq idxal; mart – 1,6 milyard dollarlıq ixrac, 1,5 milyard dollarlıq idxal; aprel – 2,3 milyard dollarlıq ixrac, 2,4 milyard dollarlıq idxal; may – 2,2 milyard dollarlıq ixrac, 1,8 milyard dollarlıq idxal; iyun – 1,8 milyard dollarlıq ixrac, 1,5 milyard dollarlıq idxal.
Statistikaya əsasən, ixracın 6,7 faizi MDB ölkələrinə, 70,2 faizi Avropa İttifaqı ölkələrinə, 23,1 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 26,2 faizdən, Avropa İttifaqının payı 12,3 faizdən çox, başqa ölkələrin payı 61,4 faiz olub, ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Çin qərar tutub.
İxracın əsas üç məhsulu siyahısında neft-qaz (11,1 milyard dollar), meyvə-tərəvəz (415,7 milyon dollar), plastmas və onlardan hazırlanan məmulatlar (187,2 milyon dollar) yer alıb.
İdxalın ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (1,6 milyard dollar), yeyinti məhsulları (1,27 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (1,21 milyard dollar) dayanıb.