• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna hökuməti yenilənir

  • 15 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Ukraynada baş nazir dəyişir, hökumət yenilənir. Novator.az-ın məlumatına görə, 2020-ci il martın 4-dən hökumət başçısı olan Denis Şmıqal müdafiə naziri postuna keçirilir, baş nazir kürsüsünə isə birinci müavin, iqtisadiyyat naziri Yuliya Sviridenko gəlir. Müdafiə naziri Rüstəm Umerovun ABŞ-a səfir göndəriləcəyi bildirilir.

1985-ci il təvəllüdlü Yuliya Sviridenko 2021-ci il noyabrın 4-dən baş nazirin birinci müavini-iqtisadiyyat naziridir.

Ölkə konstitusiyasına əsasən, hökuməti parlament (Ali Rada) formalaşdırır. Baş nazirin, xarici işlər və müdafiə nazirlərinin namizədliyini prezident, qalan hökumət üzvlərinin namizədliyini baş nazir verir.

2019-cu il aprelin 21-də prezident seçilmiş Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də baş çatsa da, müharibə dövründə seçki keçirməmək qərarına gəlinib.

2019-cu il iyulun 21-də seçilmiş Ali Radada Vladimir Zelenskiyə bağlı Xalq Xidmətçisi Partiyası 231 mandatla göstərilir. Hakim partiyaya Həyat və Sülh Platforması (20 mandat), Etimad bloku (19 mandat), Gələcək Partiyası (17 mandat) dəstək verir.

Müxalif qüvvələrdən Avropa Həmrəyliyi Partiyasının 27, Batkivşina Partiyasının 24, Səs Partiyasının 20 mandatı var.

Qanunverici orqanda başqa fraksiyalar və müstəqil deputatlar da təmsil olunur.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Mənbə: Ukrinform.net

Gürcüstan mənfi saldoda

  • 15 İyul 2025
  • comments

Əhalinin təbii artımı 13,2 faiz azalıb

  • 15 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda