Rəsmi hesabata görə, 2025-ci il iyulun 1-nə Azərbaycanda 5 milyon 62,3 min məşğul şəxs, 229,1 min işsiz qeydə alınıb. Dövlət Statistika Komitəsi iyunun 1-nə muzdlu işçilərin sayını 1 milyon 769,2 min nəfər, onların orta aylıq nominal əməkhaqqını 1095 manat göstərib, iqtisadi fəaliyyət növlərini belə sıralayıb:
mədən sənayesi – 3743,6 manat;
maliyyə və sığorta fəaliyyəti – 3148,2 manat;
informasiya və rabitə – 1875,2 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1858,9 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1555,6 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1455,7 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1296,6 manat;
tikinti – 1153,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1095,6 manat;
emal sənayesi – 989,3 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 932,4 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 866 manat;
təhsil – 801 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 793,3 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 762,5 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 738,9 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 706,9 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 681,7 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1283 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.