2025-ci ilin dövlət büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Yarım ilin ilkin hesabatı gəliri 19 milyard 803,9 milyon manat, xərci 17 milyard 95,6 milyon manat göstərib. Dövlət Statistika Komitəsi bildirir ki, beş aylıq icra belə rəsmiləşib:
yanvar – 4 milyard 51,4 milyon manat gəlir, 2 milyard 339,6 milyon manat xərc;
fevral – 2 milyard 686 milyon manat gəlir, 3 milyard 26,4 milyon manat xərc;
mart – 2 milyard 995,6 milyon manat gəlir, 2 milyard 749 milyon manat xərc;
aprel – 4 milyard 231,8 milyon manat gəlir, 2 milyard 846,9 milyon manat xərc;
may – 3 milyard 173,2 milyon manat gəlir, 2 milyard 730,2 milyon manat xərc.