• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi qəzetlərdə azalma

  • 11 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezidentin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısında dəyişiklik edilib. Dövlət başçısı İlham Əliyevin iyulun 11-də imzaladığı fərmanla “Respublika” qəzeti və “Xalq qəzeti” “Xalq” qəzeti adı altında birləşdirilir, bu yeni nəşr və “Bakinski raboçi” qəzeti məhdud məsuliyyətli cəmiyyətə çevrilir.

Hər üç rəsmi gündəlik qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivləridir.

“Xalq qəzeti”nin əsası 1919-cu ildə qoyulub, “Respublika” qəzeti 1990-cı ildə yaradılıb. “Bakinski raboçi” qəzeti 1906-cı ildən çıxır.

Ölkənin daha bir rəsmi gündəlik qəzeti var: “Azərbaycan”. Əsası 1918-ci ildə qoyulan bu qəzet Milli Məclisin orqanıdır.

Mülki Məcəlləyə görə, bir və ya bir neçə şəxsin (fiziki və (və ya) hüquqi şəxsin) təsis etdiyi, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət (MMC) sayılır. MMC yeni cəmiyyətin yaradılması və ya fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan MMC-də cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini iştirakçı təkbaşına həyata keçirir. MMC-nin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır.

Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.

Naxçıvanın makroiqtisadi göstəriciləri

  • 11 İyul 2025
  • comments

Orta maaş nə qədər artıb?

  • 11 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiya benzin burulğanında – “Röyter”

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Təhsil statistikası

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda