Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında Azərbaycanda 8 milyard 73,5 milyon manat məbləğində (2024-cü ilin ilk yarısı ilə müqayisədə 0,5 faiz az) investisiya qeydə alınıb, neft-qaz sektoruna sərmayə 23,8 faiz azalıb, qeyri-neft/qaz sektoruna 13,5 faiz artıb.
Hesabata görə, müəssisələr və fərdi sahibkarlar 31,2 milyard manatlıq (2024-cü ilin yanvar-iyun aylarına nəzərən 1,9 faiz az) sənaye məhsulu istehsal edib, neft-qaz sektorunda 3,1 faiz enmə, qeyri-neft/qaz sektorunda 6,3 faiz yüksəliş rəsmiləşib.
Pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 50,5 faizinin ərzaq məhsullarının, 4,4 faizinin içkilər və tütün məmulatlarının payına düşdüyü, iyunda istehlak qiymətlərinin 2024-cü ilin eyni ayına nisbətən 6 faiz artdığı, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının 7 faiz, qeyri-qida məhsullarının 2,8 faiz, ödənişli xidmətlərin 7,2 faiz bahalaşdığı xəbər verilir.
Qeyd olunur ki, yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə ixrac, 153 ölkədən idxal sənədləşib, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal real ifadədə 10,3 faiz artıb, ixrac 8,8 faiz azalıb.