• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynada Çin casusları tutulub

  • 10 İyul 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Ukraynada “Neptun” qanadlı raket sistemi ilə bağlı məxfi məlumatları ələ keçirməyə çalışan Çin vətəndaşları tutulub.

Novator.az bildirir ki, çinlilər ata-oğuldur. Ukraynanın Təhlükəsizlik Xidməti onlara qarşı casusluq ittihamı irəli sürüb.

Xidmətin iyulun 10-da yaydığı bəyanata görə, ata-oğul Ukraynanın raket proqramına dair gizli sənədləri Çinə ötürməyə cəhd göstərib. Təhqiqat zamanı müəyyən edilib ki, 24 yaşlı oğul 2023-cü ildə akademik uğursuzluğa görə Kiyevdəki universitetlərin birindən xaric edilib. Amma bundan sonra da Ukraynada qalaraq casusluq fəaliyyətini davam etdirib.

Ata isə Çində yaşayırmış. O, tez-tez Ukraynaya gəlib-gedir, oğlunun casusluq fəaliyyətini koordinasiya edirmiş. Oğulun “Neptun” raketlərinin hazırlanması sahəsində çalışan bir ukraynalını əməkdaşlığa cəlb etməyə çalışdığı da qeyd olunur.

Məlumata görə, Ukraynanın Təhlükəsizlik Xidməti oğulu məxfi sənədləri qəbul etdiyi anda yaxalayıb.

“Neptun” gəmi əleyhinə qanadlı raketdir. Bu raketlərdən Rusiyaya qarşı müharibədə, xüsusilə Qara dənizdə istifadə olunur. 2022-ci ildə Rusiyanın “Moskva” kreyseri Qara dənizdə məhz “Neptun”la vurulub. Ukrayna Silahlı Qüvvələri “Neptun”dan Rusiyanın neft terminallarına qarşı hücumlarda da yararlanır.

Ukrayna rəsmiləri uzun müddətdir Çini Rusiya ilə əməkdaşlıqda ittiham edirlər. Prezident Vladimir Zelenski bu ilin aprelində bəyan etmişdi ki, Çinin Rusiyaya artilleriya qurğuları göndərdiyini təsdiqləyən dəlil-sübutlar var. O, ən azı 150 nəfər Çin vətəndaşının Rusiya tərəfində döyüşdüyünü də vurğulamışdı.

Pekin ittihamları rədd edir. Ancaq Çinin dünyada ən böyük casus şəbəkəsinə malik olduğu bəllidir. Çin dövlətinin bu şəbəkəyə yüz minlərlə insanı cəlb etdiyi deyilir.

Mənbə: Reuters.com

 

Ukraynaya dəstək fondu gündəmə gəlib

  • 09 İyul 2025
  • comments

Yarım ildə 6 faiz inflyasiya

  • 10 İyul 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda