• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi burulğan

  • 09 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri müzakirələri qızışır. Aparıcı müxalif təşkilat – Cümhuriyyət Xalq Partiyası növbədənkənar seçkilərin 2025-ci il noyabrın 2-də keçirilməsini tələb edir. Hakimiyyət dairələri isə mümkün tarix kimi 2027-ci ilin sonlarına işarə vurur.

Novator.az bildirir ki, Türkiyə Konstitusiyası prezident və parlament seçkilərinin beş ildən bir eyni gündə keçirilməsini nəzərdə tutur. Son qoşa seçki 2023-cü il mayın 14-də olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də bitib.

Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda qoşa seçki qaydası tətbiq olunacaq və indiki dövlət başçısı Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola biləcək.

2018-ci ildən prezident həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.

Ədalət və İnkişaf Partiyasının sədri olan Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.

Türkiyə Böyük Millət Məclisinin hazırda 592 üzvü var. Ədalət və İnkişaf Partiyası 272, onun əsas müttəfiqi – Milliyyətçi Hərəkat Partiyası 47 mandatla təmsil olunur.

Cümhuriyyət Xalq Partiyasının 135, Xalqların Bərabərlik və Demokratiya Partiyasının 56, Yaxşı Partiyanın 29 mandatı var.

Demokratiya və Sıçrayış, Gələcək və Səadət partiyalarının fraksiya kimi qurduğu Yeni Yol Partiyası ümumilikdə 25, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 4, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1, müstəqillər 11 mandata sahibdir.

Növbədənkənar seçkilər Cümhuriyyət Xalq Partiyasına (CXP) basqılar dalğasında gündəmə gəlib.

1923-cü ildə qurulan CXP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib.

2002-ci ildən başlayaraq CXP bütün parlament seçkilərindən ikinci partiya kimi çıxıb. Namizədləri 2018 və 2023-cü illərin prezident seçkilərində ikinci yeri tutan partiya 2024-cü ilin bələdiyyə seçkilərinin qalibidir.

Bu ilin yazından CXP üzvü Əkrəm İmamoğlunun həbsi ilə ölkədə gərginlik yaranıb.

1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə CXP onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.

Konstitusiyaya görə, yalnız ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.

Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun ali təhsil diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,4 milyondan çox səs alıb. Martın 27-də CXP onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub, müxtəlif şəhərlərdə həftədə azı iki mitinq keçirir.

Davamlı aksiyalar CXP-yə təzyiqlərin daha da artmasına gətirib, bir çox tanınmış üzv, o cümlədən Antalya, Adana bələdiyyələrinin sədrləri tutulub. Partiyanın 61 millət vəkilinin toxunulmazlığının ləğvı ehtimalı var.

Qurumun 5 noyabr 2023-cü il qurultayı ətrafında məhkəmə çəkişməsi aparılır. Həmin qurultayda partiyanın lideri dəyişib: Özgür Özəl 2010-cu ildən sədrlik edən Kamal Kılıçdaroğlunu üstələyib. 2025-ci ilin yazında bir qrup partiya üzvü məhkəməyə üz tutaraq 5 noyabr 2023-cü il qurultayının nəticələrinin etibarsız sayılmasını istəyib. Onlar bildirir ki, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.

İddia ortaya çıxan kimi CXP fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib.

Ankara Mülki Məhkəməsində çəkişmə sentyabrın 8-də başlamalıdır.

Pensiyaçı arayışı

  • 08 İyul 2025
  • comments

NATO başına çarə qılır – “Financial Times”

  • 09 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda