2025-ci ilin ilk rübündə Gürcüstanın xarici borcu 300,4 milyon dollar artaraq aprelin 1-nə 25,5 milyard dollara çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Bank xarici borcu ümumi daxili məhsulun 74,2 faizinə bərabər göstərir.
Xarici borc məbləğinə hökumətin, dövlət müəssisələrinin, Milli Bankın, bank sektorunun, özəl müəssisələrin borcları daxildir.
Mənbə: Nbg.gov.ge