• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

  • 08 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ prezidenti Donald Tramp Ukraynaya yeni silahlar vəd edib. Novator.az-ın məlumatına görə, iyulun 7-si paytaxt Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə bir araya gələn dövlət başçısı şam yeməyindən əvvəl jurnalistlərə deyib ki, özünü müdafiə edə bilməsi üçün Ukraynaya daha çox silah göndərməyə ehtiyac var.

Prezident Rusiyanın Ukraynaya çox güclü zərbələr vurduğunu qeyd edib: “Daha çox silah göndərməliyik, ilk növbədə müdafiə silahları”.

Ötən həftə Vaşinqtonun Kiyevə bəzi silahların tədarükünü dayandırdığı açıqlanıb, bu fonda Rusiyanın Ukraynaya hava hücumları daha da güclənib. Ukraynanın silahla təchizatına məhdudiyyətlər həm müxalif Demokratlar Partiyası, həm də Donald Trampın üzv olduğu Respublikaçı Partiyası dairələrini narazı salıb, tənqidlər səslənib.

Donald Trampın 7 iyul açıqlamasının ardından ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndəriləcəyini rəsmən bəyan edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı silahlarla hücumlarla müşayiət olunur.

Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə altı dəfə telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib. Rusiya Ukraynanın təslim olub ərazi itkilərini qəbul etməsini, Qərblə yaxınlaşma kursundan üz çevirməsini istəyir.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin daynadırılması olub.

Mənbə: Reuters.com

Gürcüstanın valyuta ehtiyatı

  • 08 İyul 2025
  • comments

ABŞ prezidenti yenə Nobel yolunda

  • 08 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Pensiyaçı arayışı

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda