• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiyaçı arayışı

  • 08 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

2025-ci ilin ilk rübü Azərbaycanda pensiyaçıların sayı 2,2 min nəfər artıb. Rəsmi hesabata görə, aprelin 1-nə ölkədə 1 milyon 100,5 min nəfər pensiyaçı qeydiyyatda olub. İl 1 milyon 98,3 min nəfərlə başlamışdı.

Ölkədə kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. İlk dörd ayda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrünə nisbətən 9,2 faiz artıb.

Əmək pensiyasının minimum məbləği 320 manatdır.

Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ilin əvvəlinə Azərbaycanda 1 milyon 127 min nəfər pensiya alıb.

1992-ci ilə 1 milyon 287,6 min, 1993-cü ilə 1 milyon 118 min, 1994-cü ilə 1 milyon 250,9 min, 1995-ci ilə 1 milyon 282,9 min, 1996-cı ilə 1 milyon 226,8 min, 1997-ci ilə 1 milyon 245,3 min, 1998-ci ilə 1 milyon 206,4 min, 1999-cu ilə 1 milyon 176,5 min, 2000-ci ilə 1 milyon 202,1 min, 2001-ci ilə 1 milyon 218,6 min, 2002-ci ilə 1 milyon 245 min, 2003-cü ilə 1 milyon 285 min, 2004-cü ilə 1 milyon 326,8 min, 2005-ci ilə 1 milyon 372,6 min, 2006-cı ilə 1 milyon 398,8 min, 2007-ci ilə 1 milyon 226,7 min, 2008-ci ilə 1 milyon 248,6 min, 2009-cu ilə 1 milyon 275,1 min, 2010-cu ilə 1 milyon 308,4 min nəfərə pensiya verilib.

2011-ci ilə 1 milyon 292,1 min, 2012-ci ilə 1 milyon 277,5 min, 2013-cü ilə 1 milyon 272,1 min, 2014-cü ilə 1 milyon 277 min, 2015-ci ilə 1 milyon 290,8 min, 2016-cı ilə 1 milyon 299,9 min, 2017-ci ilə 1 milyon 315,2 min, 2018-ci ilə 1 milyon 318,4 min, 2019-cu ilə 1 milyon 295,4 min, 2020-ci ilə 1 milyon 270,5 min, 2021-ci ilə 1 milyon 228,8 min, 2022-ci ilə 1 milyon 200,4 min, 2023-cü ilə 1 milyon 114,2 min, 2024-cü ilə 1 milyon 95,9 min nəfər pensiyaçı rəsmiləşib.

ABŞ prezidenti yenə Nobel yolunda

  • 08 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ prezidenti yenə Nobel yolunda

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda