• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ prezidenti yenə Nobel yolunda

  • 08 İyul 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Vaşinqtona səfər edən İsrailin baş naziri Benyamin Netanyahu iyulun 7-si Ağ evdə jurnalistlərə ABŞ prezidenti Donald Trampı Nobel sülh mükafatına namizəd göstərdiyini deyib. Novator.az-ın məlumatına görə, baş nazir prezidentin sülh və təhlükəsizliyə can atdığını vurğulayıb, sülh mükafatının verilməsinə məsul olan Norveç Nobel Komitəsinə göndərdiyi məktubun surətini Donald Trampa təqdim edib.

Benyamin Netanyahu Donald Trampın Yaxın Şərq bölgəsində davamlı sülh təşəbbüslərinə diqqət çəkib, prezidentin Nobel sülh mükafatını almağa layiq olduğunu deyib.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib. Atəşkəs təklifinin Donald Trampdan gəldiyi bəyan olunub.

Hazırda Donald Tramp İsraillə HƏMAS arasında 60 günlük atəşkəs razılaşması üzərində iş aparır. HƏMAS (İslami Müqavimət Hərəkatı) Fələstinin hərbi-siyasi təşkilatıdır. 2023-cü il oktyabrın 7-də HƏMAS Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlanıb.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.

O, əvvəllər də Nobel sülh mükafatına namizəd irəli sürülüb.

2019-cu ildə bir qrup amerikalı konqresmen Şimali Koreya ilə gərginliyi azaltmaq üçün atdığı addımlara görə belə təşəbbüs göstərib.

2018, 2020 və 2022-ci illərdə Donald Trampın İsraillə bəzi ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılması təşəbbüslərinə görə, 2025-ci ilin iyun ayında Pakistanla Hindistan arasında gərginliyi azaltmaq səylərinə görə analoji təkliflər olub.

Nobel sülh mükafatına namizədləri parlament üzvləri, dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri və bəzi akademik qurumlar irəli sürə bilir. Norveç Nobel Komitəsi qalibi hər ilin oktyabr ayında açıqlayır.

Mənbə: ABCNews.go.com

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etd...

  • 08 İyul 2025
  • comments

Pensiyaçı arayışı

  • 08 İyul 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

OPEK+ koalisiyası: hasilat normaları yenilənir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Pensiyaçı arayışı

Son materiallar

comments
Xəbər

Pensiyaçı arayışı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanın valyuta ehtiyatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda