• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan seçki və boykot yollarında

  • 04 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərə dair detallar açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyası öncə son parlament seçkisində iştirak etməmiş partiyaların, ardınca həmin seçkiyə qatılmış və ya qanunverici orqanda təmsilçiliyi olan partiyaların qeydiyyatını aparacağını bəyan edib.

Bir çox müxalif partiya, o cümlədən sabiq prezident, məhbus Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyası indidən boykot anonsu verib.

Qanuna əsasən, yerli məclislərə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faizini toplamalıdır. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur.

2024-cü ilin yerli seçkilərində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 64 şəhərin 63-də mer postuna sahib çıxmış, məclislərdə də üstünlük əldə etmişdi.

Gürcüstanda hökuməti 150 yerlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gəlib. 2024-cü il oktyabrın 26-da keçirilmiş son parlament seçkisində Gürcü Arzusu 89 mandat alıb. 61 mandat götürən müxalif qurumlar parlamenti tanımadıqlarına görə kürsülərini itiriblər.

Gürcüstanda prezidenti parlamentin deputatlarından, muxtar qurumların ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarət Seçicilər Kollegiyası seçir. 2024-cü il dekabrın 29-dan prezident postunu Gürcü Arzusuna bağlı Mixail Kavelaşvili tutur.

Çin nəhəngi məhkəmə qarşısında

  • 03 İyul 2025
  • comments

Estoniyada rus əməliyyatı necə bitdi?

  • 04 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda