• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Estoniyada rus əməliyyatı necə bitdi?

  • 04 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Estoniyada Ukraynaya dəstək simvolu olan “Slava Ukraini” restoranının yandırılmasına görə iki nəfərə hökm oxunub. Novator.az bildirir ki, hər iki şəxs Moldova vətəndaşı, qohumdurlar. Onların biri 6 il 6 ay, digəri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Haryu Dairə Məhkəməsində keçirilən proses paytaxt Tallindəki “Slava Ukraini” restoranının Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (rusca qısaltması: QRU) sifarişi ilə yandırıldığını təsdiqləyib. Bu hadisə Rusiya hərbi kəşfiyyatının Avropada təşkil etdiyi təxribatlardan biri kimi qiymətləndirilir.

6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən moldovalının QRU ilə birbaşa əlaqədə olduğu deyilir. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən şəxs isə qohumunun rus agenti olduğunu bilməyib, amma cinayətdə ona yardım göstərib.

Məhkəmə prosesi zamanı aydınlaşıb ki, Rusiyanın casusu olan moldovalı Tallində restoranı yandırmazdan qabaq Estoniyanın cənub-şərqində yerləşən Osula kəndində bir supermarketə od vurmaqla “məşq” də edib, necə deyərlər, özünü sınayıb. Ertəsi gün, 2024-cü il yanvarın 31-nə keçən gecə isə qohumunun köməyi ilə paytaxtda “Slava Ukraini” restoranını yandırıb.

Hadisədən sonra hər iki şəxs ölkədən qaçıb. Qohumlar Latviya, Litva, Polşa və İtaliya hüquq mühafizə orqanlarının əməkdaşlığı ilə İtaliyada ələ keçərək Estoniyaya gətiriliblər.

Estoniya Daxili Təhlükəsizlik Xidməti hesab edir ki, QRU-nun bu dəfə xaricilərdən istifadə etməsi Rusiyanın yerli adamları agent kimi əməkdaşlığa cəlb etməkdə çətinlik çəkdiyini də göstərir.

Rusiya 2022-ci ildə Ukraynada total müharibəyə başlayandan Estoniyada Kremlə qarşı sərt mövqeyi ilə seçilən siyasətçilərin, jurnalistlərin avtomobillərinin yandırılması, ayrı-ayrı qurumlara qarşı kiberhücumların təşkil edilməsi kimi müxtəlif təxribatlara əl atıb.

Ümumiyyətlə son dövrlərdə Rusiya Avropada daima təxribatda ittiham olunur. Bu sıraya xüsusilə yük təyyarələrinə partlayıcı yerləşdirmə cəhdləri, kritik infrastruktura kiberhücumlar daxildir.

Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları rədd edərək Rusiyaya qarşı irəli sürülən ittihamların dəlil-sübuta əsaslanmadığını bildirib.

“Slava Ukraini!” (“Yaşasın Ukrayna!”) ukraynalıların Rusiya işğalına qarşı dirənişi dalğasında populyarlaşan şüardır. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Mənbə: Euronews.com

Gürcüstan seçki və boykot yollarında

  • 04 İyul 2025
  • comments

Konstitusiya Məhkəməsində yeniliklər

  • 04 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

Son materiallar

comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda