İyunda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 35,05 faiz artıb, ərzaq və spirtsiz içkilər 30,2 faiz bahalaşıb.
Novator.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 112-də dəyər yüksəlişi, 26-da ucuzlaşma qeydə alınıb, 5-də qiymət dəyişməyib.
İyulun 3-də Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 4 manat 26 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.
Mənbə: Tuik.gov.tr