• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın həftəsi – Hüquq professoru yazır

  • 03 İyul 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Dünyanı dəyişdirən həftə” – hüquq professoru, “Foks Nyus” kanalının aparıcı əməkdaşı Hyu Hyuit (Hugh Hewitt) iyun ayının son həftəsini belə qiymətləndirir. Novator.az-ın məlumatına görə, kanalın internet səhifəsində yerləşdirilmiş məqalədə qeyd olunur ki, həmin həftə prezident Donald Trampın Amerikanın gücünü nümayiş etdirdiyi dövr kimi tarixə düşür.

Hyuit yazır ki, İsraillə İran arasındakı müharibə məhz Donald Tramp ABŞ-ın qırıcı təyyarələrinə İranın əsas nüvə obyektlərini bombalamağı əmr etdiyinə görə atəşkəslə bitib. Müəllif bunu Trampın eskalasiyanı pik həddə çatdırmaqla aradan qaldırmaq, gərginliyi gərib boşaltmaq kimi özünəməxsus bir məntiqə söykənən strategiyasının nəticəsi sayır.

Məqalədə xatırladılır ki, Trampın birinci prezidentlik dövründə start götürmüş “İbrahim sazişləri”nin daha da genişlənməsi, ona yeni ölkələrin qoşulması istiqamətində danışıqların getdiyi barədə xəbərlər dolaşır (2020-2021-ci illərdə İsraillə bir neçə ərəb dövləti arasında münasibətlərin normallaşdırılmasına dair razılşamalar əldə olunub – red.). Bildirilir ki, bu plan reallaşsa, “İbrahim sazişləri”nin dairəsi genişlənsə, Trampın güc hesabına sülh qurmaq, güc göstərib dinclik yaratmaq metodu bir daha özünü təsdiqləmiş olacaq.

Siyasi çevrələrdə bəzilərinin Trampın uğurlarına qısqanc yanaşdığını bildirən müəllifin fikrincə, belələrinin qərəzi tək İran əməliyyatının uğurunu yox, ümumiyyətlə Tramp hakimiyyətə qayıdandan bəri, yəni son beş ayda əldə olunmuş heç bir mühüm nailiyyəti etiraf etməyə qoymur (2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.).

Hyu Hyuit yazır ki, Tramp Amerikanın hərbi qüdrətinin xofunu bərpa edib, eyni zamanda özünü dartıb müttəfiqlərindən yuxarı çəkməyib, onlarla bir sırada durub: “Tramp İran əməliyyatından dərhal sonra NATO ölkələrini bir yerə topladı, onların müdafiə xərclərini artırmaq öhdəliyi götürməsinə nail oldu. Bazarda da sıçrayış yaranıb. Kanada kimi ticarət tərəfdaşlarının ABŞ-a qarşı soyğunçu gömrük tariflərinin doğurduğu maneələr aradan qalxıb”.

Məqalədə beynəlxalq aləmdə Amerikanın gücünü nümayiş etdirə-etdirə Trampın ölkə içində də uğurlu siyasi tədbirlər həyata keçirdiyi deyilir: “2025-ci ilin iyunu Amerikadan ötrü dönüş nöqtəsi, uğurların ard-arda düzüldüyü bir ay olub”.

“Tramp şöhrətinin zirvəsindədir” yazan professor Hyuit bildirir ki, ABŞ prezidenti seçki ərəfəsində verdiyi əsas vədləri yerinə yetirməklə məşğuldur.

Məqalə bu sözlərlə bitir: “2025-ci ilin iyunu Amerika üçün nə demokratiyanın çöküşü, nə də avtoritarizmin yüksəlişi ayıdır. Bu, keçmişindən, azadlığından güc alan və gələcəyinə inamla baxan Amerikanın özünə qayıtdığı, qayıdıb yerini tutduğu bir aydır”.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.

Mənbə: Foxnews.com

Ukrayna əməkçilərin 40 faizini itirib

  • 03 İyul 2025
  • comments

Türkiyə bahalaşma 35 faizi ötür

  • 03 İyul 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda