• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çin nəhəngi məhkəmə qarşısında

  • 03 İyul 2025
  • comments
  • hikmet
  • Posted in AktualDünyanın səsiXəbər

ABŞ-da federal məhkəmə Çinin texnologiya nəhəngi “Huavey” (“Huawei Technologies”) şirkətinə ittihamlara xitam verilməsi xahişini rədd edib. Novator.az-ın məlumatına görə, məhkəmə qərarında ittihamlar üzrə məhkəmə istintaqının aparılmasının zəruri olduğu bildirilir.

“Huavey” ABŞ-ın Ədliyyə Nazirliyinin irəli sürdüyü 16 maddəlik ittiham aktı ilə məhkəmə qarşısına çıxacaq. Şirkət və onun bəzi törəmə qurumları ABŞ-ın ticarət, texnologiya sirlərini oğurlamaqda, maliyyə, bank və telekommunikasiya dələduzluğunda, eləcə də cinayətkar şəbəkə yaratmaqda günahlandırılır.

İttiham aktında şirkətin ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınaraq İran və Şimali Koreya ilə qanunsuz ticarət əlaqəsinə girdiyi, 2009-cu ildə İranda hökumət əleyhinə nümayişlər zamanı etirazçıların “Huavey”in quraşdırdığı cihazlar vasitəsilə izləndiyi də qeyd olunur.

İttiham olunan şəxslər arasında “Huavey”in qurucusunun qızı, maliyyə direktoru Men Vançjou da var. O, 2018-ci ildə ABŞ-ın tələbi ilə Kanadada saxlanıb. Lakin ABŞ onun ölkəyə gətirilməsinə nail ola bilməyib, Men Vançjou 2021-ci ildə iki kanadalının azadlığa buraxılması müqabilində Çinə dönüb.

Çin rəsmiləri ABŞ-da irəli sürülən ittihamları siyasi motivli sayır və iqtisadi təzyiq cəhdi kimi qiymətləndirir.

“Assoşieyted Press” (“Associated Press”) agentliyi qeyd edir ki, Donald Trampın ilk prezidentliyi dövründə (2017-2021-ci illər) ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra “Huavey” bir sıra yüksək texnologiyaya çıxış imkanını itirib, onun bazar payı daralıb. Texnologiyalara çıxışı məhdudlaşandan sonra “Huavey” öz çip və texnologiyalarını müstəqil surətdə inkişaf etdirmək yolunu tutub. Şirkət həmçinin diqqətini Çin bazarına və sənaye sahələrinə, fabriklərdə, o cümlədən xəstəxanalarda şəbəkə texnologiyalarının qurulmasına yönəldib.

Mənbə: Apnews.com

Gürcüstanda qiymətlər necə dəyişib?

  • 03 İyul 2025
  • comments

Gürcüstan seçki və boykot yollarında

  • 04 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
ManşetXəbər

Eldar Həsənov – 70

Son materiallar

comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda