• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan parlamenti müxalifsiz qaldı

  • 02 İyul 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Gürcüstan parlamentinin 2 iyul iclasında 12 deputatın mandatına xitam verilib. Qərar müxalif Gürcüstan Uğrunda Partiyasını təmsil edən həmin deputatların qanunverici orqanın iclaslarına heç qatılmaması ilə əsaslandırılıb.

Novator.az bildirir ki, 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik qanunverici orqanda 89 mandata sahib çıxıb. Müxalif qurumlar – Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 12 mandat alıb. Noyabrın 25-də yeni parlament fəaliyyətə başlayıb, ardınca hökumət formalaşıb.

Aparıcı müxalif qurumlar parlamenti tanımır. Yeniliklər koalisiyası, Birlik – Milli Hərəkat koalisiyası və Güclü Gürcüstan koalisiyası həm də mandatlardan rəsmən imtina edib. 2025-ci il fevralın 5-də parlament mandatdan imtina etmiş deputatların səlahiyyətinə xitam vermək qərarı çıxarıb.

Gürcüstan Uğrunda Partiyasının deputatları mandatdan imtina etməsələr də, parlamentin iclaslarına gəlmirdilər. Bu quruma sabiq baş nazir Georgi Qaxariya liderlik edir. 1975-ci il təvəllüdlü Georgi Qaxariya 2019-cu il sentyabrın 8-dən Gürcü Arzusunun təmsilçisi kimi hökumətə rəhbərlik edib, 2021-ci il fevralın 18-də müxalifətə təzyiqləri pisləyərək istefa verib, ardınca Gürcüstan Uğrunda Partiyasını yaradıb.

Gürcüstanda hökuməti parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində də Gürcü Arzusu qalib gəlib.

Oktyabrın 4-nə yerli seçkilər (mer və məclis seçkiləri) təyin olunub. Aparıcı müxalif qurumların bu seçkiləri boykot etməsi gözlənir.

Mənbə: 1tv.ge

Klub turnirlərində yenilənmiş sxem

  • 02 İyul 2025
  • comments

Ukrayna əməkçilərin 40 faizini itirib

  • 03 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeddi aylıq xarici ticarət

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ixrac ünvanları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: hökuməti üç partiya qura bilər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan + başqaları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeddi aylıq xarici ticarət

Son materiallar

comments
Xəbər

Yeddi aylıq xarici ticarət

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın ixrac ünvanları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: hökuməti üç partiya qura bilər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda