• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurultay davası payıza qaldı

  • 30 İyun 2025
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiXəbər

Türkiyənin ana müxalifət qurumu olan Cümhuriyyət Xalq Partiyasının 5 noyabr 2023-cü il qurultayı ətrafında məhkəmə çəkişməsi davam edəcək. Həmin qurultayda partiyanın lideri dəyişib: Özgür Özəl 2010-cu ildən sədrlik edən Kamal Kılıçdaroğlunu üstələyib. 2025-ci ilin yazında bir qrup partiya üzvü məhkəməyə üz tutaraq 5 noyabr 2023-cü il qurultayının nəticələrinin etibarsız sayılmasını istəyib. Onlar bildirir ki, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.

İddia ortaya çıxan kimi Cümhuriyyət Xalq Partiyası fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib.

Novator.az-ın məlumatına görə, Ankara Mülki Məhkəməsində iyunun 30-da keçirilən prosesdə çəkişmənin sentyabrın 8-nə təxirə salınması qərarı verilib.

Cümhuriyyət Xalq Partiyası (CXP) parlamentdə 135 mandata sahibdir. 14 böyük şəhər, 21 şəhər, 310 rayon, 62 qəsəbədə bələdiyyə başçısı postunu CXP təmsilçiləri tutur.

1923-cü ildə qurulan CXP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib.

2002-ci ildən başlayaraq CXP bütün parlament seçkilərindən ikinci partiya kimi çıxıb. Namizədləri 2018 və 2023-cü illərin prezident seçkilərində ikinci yeri tutan partiya 2024-cü ilin bələdiyyə seçkilərinin qalibidir.

Bu ilin yazından CXP üzvü Əkrəm İmamoğlunun həbsi ilə ölkədə gərginlik yaranıb.

1970-ci il təvəllüdlü Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. 2025-ci ildə Cümhuriyyət Xalq Partiyası onu prezidentliyə namizədi elan etmək qərarına gəlib, martın 23-nə ümumpartiya səsverməsi təyin olunub.

Konstitusiyaya görə, yalnız ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.

Martın 18-də İstanbul Universiteti Əkrəm İmamoğlunun ali təhsil diplomunun geri alınması qərarı verib, martın 19-da Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub, martın 23-də bələdiyyə başçısı postundan götürülüb. Bu, kəskin etirazlara, kütləvi aksiyalara səbəb olub. Martın 23-də ölkə boyu təşkil edilən ümumpartiya səsverməsinə başqa siyasi qüvvələr və ictimaiyyət təmsilçiləri də qatılıb, Əkrəm İmamoğlu ümumilikdə 15,4 milyondan çox səs alıb. Martın 27-də Cümhuriyyət Xalq Partiyası onu rəsmən prezidentliyə namizədi elan edib və növbədənkənar seçkilər tələbi qoyub.

Türkiyə Konstitusiyası prezident və parlament seçkilərinin beş ildən bir eyni gündə keçirilməsini hökm edir. Sonuncu qoşa seçki 14 may 2023-cü ildə olub, parlament formalaşıb, prezident seçkisi ikinci turda – mayın 28-də tamamlanıb.

Parlamentin – 600 nəfərlik Türkiyə Böyük Millət Məclisinin 360 səslə növbədənkənar seçkiyə qərar vermək hüququ var. Bu halda parlament və prezident seçkiləri birgə keçirilməlidir.

Növbədənkənar seçkiyə prezidentin qərar verməsi halında da qoşa seçki qaydası tətbiq olunur.

2018-ci ildən prezident həm dövlət, həm də hökumət başçısıdır. Heç kim iki dəfədən artıq prezident seçilə bilməz.

Prezident kürsüsünün boşalması halında 45 gün ərzində növbədənkənar seçki keçirilməlidir. Növbədənkənar seçki Türkiyə Böyük Millət Məclisinin səlahiyyət müddətinin bitməsinə bir il və daha az qalmış elan olunarsa, eyni zamanda parlament yenilənməlidir. Əks halda növbədənkənar seçkidə seçilmiş prezidentin səlahiyyəti parlamentin səlahiyyət müddəti ilə məhdudlaşır, amma onun daha iki dəfə namizəd olmaq hüququ yaranır.

Hazırda prezident kürsüsünü Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Teyyub Ərdoğan tutur. O, 2003-cü ildən baş nazirlik edib, 2014 və 2018-ci illərdə prezident seçilib. İki dəfədən artıq seçilməyə məhdudiyyət 2018-ci ildən hesablandığı üçün Rəcəb Teyyub Ərdoğan 2023-cü ildə də prezident mandatı alıb.

Növbədənkənar seçkiyə parlamentin qərar verməsi halında Rəcəb Teyyub Ərdoğan bir daha prezidentliyə namizəd ola bilər.

“Tramp bunu bacaracaq” – “Fox News”

  • 30 İyun 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda