• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

  • 27 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiŞərh

ABŞ Senatında prezident Donald Trampın əmri ilə iyunun 22-si gecə İranın nüvə obyektlərinə endirilmiş zərbələrlə bağlı qapalı dinləmə keçirilib. Novator.az saytı “Fok Nyus” (“Fox News”) kanalına istinadla xəbər verir ki, dinləmədə bütün senatorlara iştirak imkanı yaradılıb. Dinləmə zamanı senatorlar dövlət katibi Marko Rubio, müdafiə naziri Piter Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və Baş Qərargah rəisi general Con Keyn ilə birlikdə əməliyyatın nəticələrini müzakirə ediblər.

“Fok Nyus” bildirir ki, senatorlar müzakirənin təfərrüatını mediaya açıqlamaqdan yayınıblar. Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem yalnız onu deyib ki, İranın nüvə qabiliyyəti iflic olub: “Bu gün həmin nüvə təsisatlarında işləyən yoxdur. ABŞ-ın həyata keçirdiyi əməliyyat böyük effekt verib”.

Lindsi Qrem İranın İsfahan, Nətənz və Fordoda yerləşən üç əsas nüvə obyektinin tamamilə sıradan çıxarıldığı haqda Tramp administrasiyasının bəyanatlarının doğru olduğunu vurğulayıb. O, eyni zamanda qeyd edib ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada saxlanması məsələsi ətrafında bəzi suallar hələ qalır: “Həmin üç mərkəz dağıdılıb. Amma yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı haradadır, bunu bilmirəm”.

Demokratlar Partiyasını təmsil edən senatorların ABŞ-ın həyata keçirdiyi əməliyyatın İranın nüvə imkanlarını tamamilə sıradan çıxardığı haqda açıqlamalara şübhə ilə yanaşdıqlarını xatırladan “Foks Nyus” qeyd edir ki, respublikaçı senatorlar bu şübhəyə əsas vermiş bir rəsmi hesabatın səthi olduğunu söyləyir, həmin hesabatın mediaya sızdırılmasını da kəskin pisləyirlər.

ABŞ-ın endirdiyi zərbələrin nüvə obyektlərində ciddi dağıntılar törətdiyini İsrailin də təsdiqlədiyini, üstəlik, İranın etiraf etdiyini xəbər verən “Foks Nyus” bildirir ki, Senatın xarici əlaqələr və silahlı qüvvələr komitələrinin üzvləri zərbələrin nəticələri haqda prezident Donald Trampın söylədiklərinə inanırlar, başqa yanaşmaları qəbul etmirlər.

Şimal Dakotadan respublikaçı senator Kevin Kramerin fikrincə, bu məsələyə kölgə salmağa, şübhə yaratmağa çalışanlar sadəcə siyasi spekulyasiya ilə məşğuldurlar.

Senatın silahlı qüvvələr komitəsinin sədri Rocer Viker də mətbuata sızmış hesabata söykənən xəbərləri saxta sayır. Bir qrup senatorun İsrailin ABŞ-dakı səfiri ilə görüşdüyünü xatırladan Rocer Viker vurğulayıb: “İsrail səfiri bizə dedi ki, İranın nüvə imkanları illərlə bərpa olunmayacaq bir hala gəlib”.

Respublikaçı senator Mayk Raunds bildirib ki, Senatdakı dinləmələr zamanı gördüyü materiallarla prezidentin dedikləri arasında uyğunsuzluq yoxdur. Amma o, tam dəqiq nəticə çıxarmaq üçün bomblanmış ərazilərdə yerində yoxlama aparılmasının vacibliyinə də diqqət çəkib.

“İranın nüvə proqramının tamamilə məhv edilmədiyi üzə çıxarsa, həmin obyektlərə yenidən hava zərbələri endirilə bilərmi” sualını cavablandırarkən senator Mayk Raunds deyib ki, prezident üçün heç bir variant istisna edilə bilməz, ancaq hər halda başqa yollar da var və bu baxımdan təkrar zərbənin endirilib-endirilməməsi digər variantlardan da asılıdır.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İran da sərt qarşılıq verib. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib, bu zaman bombardmançı təyyarələr və bunker dağıdan bombalardan istifadə olunub. İyunun 23-də atəşkəs razılığına gəlinib.

Mənbə: Foxnews.com

Azərbaycan və İran prezidentləri arasında telefon ...

  • 26 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiyanın gəliri azalır, xərci artır

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiyanın gəliri azalır, xərci artır

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda