• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

  • 26 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

İyunun 25-də Niderlandın Haaqa şəhərində Şimali Atlantika Alyansının (NATO) sammiti keçirilib. Tədbirdən sonra ABŞ prezidenti Donald Tramp Haaqada samiitin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirib. Mətbuat konfransında ABŞ prezidentinin jurnalistlərdən biri ilə dialoqu xüsusilə diqqət çəkib.

Novator.az “Foks Nyus” (“Fox News”) kanalına istinadla həmin dialoqu tədim edir.

Jurnalist: “BBC Nyus”, Ukrayna xidməti.

Tramp: Haradan?

Jurnalist: Ukraynadanam.

Tramp: Aha.

Jurnalist: Sualım belədir: ABŞ Ukraynaya hava hücumundan müdafiə üçün “Patriot” zenit-raket kompleksləri satmağa hazırdırmı? Bildiyiniz kimi, Rusiya Ukraynanı çox şiddətli şəkildə bombalayır…

Tramp: Siz Ukraynada yaşayırsınız?

Jurnalist: Ərim oradadır.

Tramp: Görürəm, çox həyəcanlısınız. Bilirsiniz, bu, heyrətamizdir.

Jurnalist: Mən övladlarımla birlikdə Varşavada oluram, ərim özü belə istəyib.

Tramp: Əriniz hərbçidir?

Jurnalist: Bəli.

Tramp: Hazırda oradadır?

Jurnalist: Bəli.

Tramp: Sözsüz, çox ağır bir durumdur. Doğrudan çox çətindir. Siz burada (yəni Avropada) yaşayırsınız, elədirmi?

Jurnalist: Bəli.

Tramp: Reportyorsunuz?

Jurnalist: Bəli.

Tramp: Yaxşı. Onda icazə verin deyim. Onlar həmin sistemləri, necə deyərlər, raket əleyhinə raketləri, “Patriot”ları çox istəyirlər. İndi baxaq görək biz nə edə bilərik, bir neçəsini çatdıra bilərikmi. Bilirsiniz, bu sistemləri çatdırmaq çox çətindr. Onlar bizə də lazımdır. Biz “Patriot”lardan İsrailə vermişik, çox effektiv sistemdir. İnanılmaz dərəcədə təsirli sistemdir, effektivliyi yüz faizdir. Onlar hər şeydən öncə məhz bu sistemləri istəyirlər, yəqin siz də bilirsiniz. Sualınız çox yaxşı sualdır. Mən sizə uğurlar arzulayıram. Görürəm ki, bu məsələ sizi çox narahat edir… Ərinizə məndən salam deyin. Yaxşımı? Sağ olun.

“Foks Nyus” qeyd edir ki, mətbuat konfransında CNN kanalının və “Nyu-York Tayms” qəzetinin ABŞ-ın iyunun 22-də İranın nüvə obyektlərinə havadan endirdiyi zərbələrlə bağlı xəbərlərini kəskin tənqid edən Donald Tramp ukraynalı jurnalistin sualına xüsusi həssaslıqla yanaşıb: “Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşüb. Görüşdə ABŞ prezidenti NATO ölkələrinin müdafiə xərclərini artırmasının gələcəkdə Rusiya aqressiyasını önləməkdə mühüm rol oynaya biləcəyini söyləyib.

Ukraynada müharibə başlanandan ABŞ öz müttəfiqlərini Kiyevə hava hücumundan müdafiə sistemləri verməyə çağırsa da, bir çox ölkə, xüsusən Rusiyadan təhlükə hiss edən Şərqi Avropa dövlətləri yüksək texnologiyalı bu sistemlərindən vaz keçmək istəmir.

NATO ölkələri hazırda ümumi daxili məhsulun yalnız 2 faizə qədər hisssəsini müdafiə və təhlükəsizlik sahəsinə xərcləyir. Haaqa sammitində Avropa ölkələrinin bu xərcləri ən geci 2035-ci ilədək 5 faizə qaldırması barədə razılıq əldə olunub.

Zelenski ilə görüşdən sonra Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini açıqlayıb, eyni zamanda bu iki liderlə işləməyin çətin olduğunu vurğulayıb.

Haaqadakı mətbuat konfransında başqa bir jurnalistin Ukrayna bu il bağlı sualını cavablandırarkən Tramp bir daha Putini müharibəni bitirməyə çağırıb”.

Mənbə: Foxnews.com

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dö...

  • 25 İyun 2025
  • comments

26 İyun Silahlı Qüvvələr Günü: Hərbi yürüşlər

  • 26 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
ManşetVideo

26 İyun Silahlı Qüvvələr Günü: Hərbi yürüşlər

comments
Dünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
ManşetVideo

26 İyun Silahlı Qüvvələr Günü: Hərbi yürüşlər

comments
Dünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda