2025-ci il iyunun 1-nə Azərbaycanda 28,4 milyard manata yaxın kredit, 15 milyard 63 milyon manat əmanət rəsmiləşib.
Mərkəzi Bankın hesabatına görə, Bakıda 21,7 milyard manatdan çox kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 145,1 milyon manat, Gəncə-Daşkəsən – 843,3 milyon manat, Lənkəran-Astara – 669,1 milyon manat, Mərkəzi Aran – 571,2 milyon manat, Qazax-Tovuz – 537,4 milyon manat, Şəki-Zaqatala – 519,8 milyon manat, Qarabağ – 495,9 milyon manat, Quba-Xaçmaz – 486,1 milyon manat, Naxçıvan – 444,6 milyon manat, Şirvan-Salyan – 442,4 milyon manat, Mil-Muğan – 310,3 milyon manat, Dağlıq Şirvan – 194,9 milyon manat, Şərqi Zəngəzur – 11,08 milyon manat.
Bakıda 13,2 milyard manatdan çox əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 558,3 milyon manat, Gəncə-Daşkəsən – 239,5 milyon manat, Quba-Xaçmaz – 143,5 milyon manat, Lənkəran-Astara – 132,3 milyon manat, Şəki-Zaqatala – 129,3 milyon manat, Mərkəzi Aran – 127,2 milyon manat, Qazax-Tovuz – 121,2 milyon manat, Qarabağ – 91,5 milyon manat, Naxçıvan – 76,6 milyon manat, Şirvan-Salyan – 72,4 milyon manat, Mil-Muğan – 47,6 milyon manat, Dağlıq Şirvan – 45,5 milyon manat, Şərqi Zəngəzur – 663 min manat.
Statistik bülletenə əsasən, iyunun 1-nə ödəniş vaxtı keçmiş kreditlər 508,3 milyon manata çatıb. 2025-ci il 449,1 milyon manatla başlamışdı.