• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

  • 25 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Trampın İrana zərbəsi “Hər şeydən öncə Amerika” xəttinin xarici siyasətdə nə demək olduğunu dünyaya göstərdi” başlıqlı məqalə yazıb. Məqalə “Foks Nyus” (“Fox News”) kanalının internet səhifəsində yerləşdirilib.

Mayk Pompeo Donald Trampın ilk prezidentliyi dönəmində, 2018-2021-ci illərdə dövlət katibi olub.

Novator.az-ın məlumatına görə, sabiq dövlət katibi yazır ki, iyunun 22-də ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi şiddətli zərbələr dünyanın yönünü yaxşılığa doğru dəyişir: “Əməliyyat o qədər sarsıdıcı oldu ki, iki gün keçməmiş Tehran İsraillə atəşkəsə razılıq verdi. Prezident Donald Trampın qətiyyətli qərarının və amerikalı hərbçilərin şücaətinin nəticəsi budur”.

Mayk Pompeo qeyd edir ki, son 46 ildə, yəni islam respublikasının qurulduğu 1979-cu ildən bəri ABŞ İranla müharibə aparmayıb: “Amma İran rejimi daim Amerika ilə savaşıb. Bu rejimin ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdlərində də, İraqda amerikalı hərbçilərin öldürülməsində də əli var. ABŞ və İsraillə düşmənçilik terror şəbəkələrini dəstəkləyən İran rejiminin ideoloji sütunlarından biridir. Belə bir rejimin nüvə silahına yiyələnməsinə imkan vermək ABŞ üçün bağışlanmaz səhv olardı. Prezident Tramp açıq şəkildə bəyan etmişdi ki, buna imkan verməyəcək. Əvvəlki prezidentlər də oxşar vəd vermişdilər, amma sonda geri çəkildilər. Barak Obamanın Suriya ilə bağlı elan etdiyi “qırmızı xətt” ritorikadan o yana keçmədi. Cozef Baydenin 2022-ci ildə Rusiyaya etdiyi xəbərdarlıq da heç bir effekt vermədi.

Donald Tramp fərqli yol seçib. O, İran rejiminin danışıqlar fürsətindən sui-istifadə etməsinə, vaxtı uzadıb altdan-altdan nüvə silahı üzərində işləməsinə göz yummadı. İyunun 22-də İranın nüvə obyektlərinə endirilən şiddətli zərbələr Trampın xarici siyasət kursunun əsasını təşkil edən “Hər şeydən öncə Amerika” prinsipinin bariz təzahürüdür”.

Mayk Pompeo əlavə edir ki, Tramp administrasiyası Obamanın İrana güzəştləri nəzərdə tutan nüvə sazişindən çıxanda dövlət katibi postunu tutub: “Onda Ağ ev İran rejiminə qarşı “maksimum təzyiq” siyasətinə start verdi. İrana bağlı qüvvələr amerikalı hərbçiləri qətlə yetirəndə biz cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun generalı, İranın xaricdə gizli hərbi əməliyyatlar aparan “Qüds” briqadasının komandanı Qasım Süleymanini aradan götürdük. Bu cür qətiyyətli addımlar Tehranın regionda güc nümayiş etdirmək imkanlarını məhdudlaşdırdı və ABŞ-ın vasitəçiliyi ilə tarixdə ilk dəfə olaraq “İbrahim sazişləri” bağlandı (2020-2021-ci illərdə İsraillə bir neçə ərəb dövləti arasında münasibətlərin normallaşdırılmasına dair razılşamalar əldə olunub – red.). Əminəm ki, bu gün Körfəz ölkələrinin liderləri ürəklərində bizə sağ ol deyirlər”.

Sabiq dövlət katibi hesab edir ki, İranın əsas müttəfiqləri olan Çin və Rusiya da İranda baş verənlərdən ibrət götürməlidir: “Nə Çin lideri Si Cinpin, nə də Rusiya lideri Vladimir Putin Tehrana yardım əli uzatdı. Bu onların ittifaqının gerçək dəyəri haqqında çox şey deyir. İranın Rusiyanı silah-sursatla təchiz etdiyini nəzərə alanda aydınlaşır ki, indi islam rejiminin heydən düşməsi Moskvadan ötrü də ciddi itkidir”.

Məqalədə qeyd olunur ki, İranın nüvə proqramının tam ləğvi prosesi davam etdirilməlidir: “ABŞ və İsrail kəşfiyyatları araşdırmalıdır görək Tehran rejimi nüvə obyektlərindəki hansısa materialları zərbələrdən əvvəl haradasa gizlədə bilib, ya yox. Amma bir şey artıq gün kimi aydındır: İranın nüvə potensialı əhəmiyyətli dərəcədə zəiflədilib və bu, ABŞ-la İsrailin birgə səyi nəticəsində mümkün olub. Düzdür, hələ nöqtə qoyulmayıb, amma 22 iyun gecəsi endirilən zərbələrin ABŞ-ın qətiyyətli liderliyi tarixində bir triumf, vaxtilə prezident Ronald Reyqanın elan etdiyi “Güc yoluyla sülh” devizini sözdən əmələ çevirə biləcək bir sıçrayış olduğuna şübhə yoxdur. ABŞ-ın düşmənləri bilməlidir ki, biz sülh istəyirik, amma lazım gələndə güc tətbiq etməyə də tam hazırıq. İndi buna kimsənin şübhəsi olmayacaq”.

Beynəlxalq aləmin bir hissəsi İranın uranı zənginləşdirmə proqramının nüvə silahı yaratmaq cəhdi sayır. 2015-ci ildə İranın ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniya ilə imzaladığı saziş Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi müqabilində İrana tətbiq olunmuş bir çox sanksiyanın aradan qaldırılmasını nəzərdə tuturdu. Donald Trampın ilk hakimiyyəti dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxıb.

İsrail 2025-ci il iyunun 13-dən İrana qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib.

İyunun 23-də atəşkəs razılığına gəlinib.

Mənbə: Foxnews.com

UEFA-nın klub reytinqi

  • 25 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Rusiyanın gəliri azalır, xərci artır

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Argentinada rus casusları – Rəsmi açıqlama, Rusiyanın izahatı

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Rusiyanın gəliri azalır, xərci artır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Rusiyanın gəliri azalır, xərci artır

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda