• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

  • 24 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

ABŞ prezidenti Donald Trampın İsraillə İran arasında atəşkəs razılığını bəyan etməsini respublikaçı qanunvericilər böyük rəğbətlə qarşılayıblar.

İsraillə İranın atəşkəs razılaşması əldə etdiyini 23 iyun axşamı açıqlayan Donald Tramp müjdəsini “Hər kəsi təbrik edirəm! Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra müharibəyə son veriləcək!” sözləri ilə çatdırıb.

Novator.az saytı “Fox News” kanalına istinadla xəbər verir ki, ABŞ prezidentinin açıqlaması İran və İsrail tərəfdən də təsdiqlənəndən sonra respublikaçı siyasətçilər sosial şəbəkələrdə, televiziya çıxışlarında Donald Trampı alqışlayıblar.

Endi Oqls

Tennessi ştatından konqresmen Endi Oqls “X” platformasında yazıb: “Tramp Amerika tarixində ən böyük xarici siyasət ustasıdır. Ona Nobel sülh mükafatı verilməlidir – indi!”

Mayk Conson

Nümayəndələr Palatasının spikeri Mayk Conson isə sosial media platformasında “Güc vasitəsilə sülh!” şüarını paylaşıb.

Nensi Meys

Cənubi Karolinadan respublikaçı konqresmen Nensi Meys bildirib: “Prezident Tramp heç bir başqa prezidentin edə bilmədiyini etdi. Sadəcə Donald Trampın prezident seçilməsi kifayət etdi ki, dünya daha təhlükəsiz yerə çevrilsin. Atəşkəs!”

Marlin Ştutsman

İndiana ştatından konqresmen Marlin Ştutsman “Fox News” kanalına deyib: “Bu, çox böyük nailiyyətdir. İran bizim “B-2” bombardmançı təyyarələrinin və bunker dağıdan bombaların nəyə qadir olduğunu gördü. Bu yalnız İrana yox, bütün dünyaya mesaj oldu – prezident sizinlə danışıqlar aparmaq istəyir, dinc həll yolları axtarır, amma razılaşma istəmirsinizsə, nəticəsini də düşünün”.

Cey Di Vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vens də “Fox New” kanalına açıqlama verib. Vitse-prezident deyib: “Prezident bölgədə uzunmüddətli sülhə nail olmaq üçün “yenidən başlayaq” düyməsini işə saldı. Hesab edirəm ki, biz bu 12 günlük müharibəni bölgə üçün dönüş nöqtəsi saya biləcəyik”.

“Fox New” respublikaçı qanunvericilərdən fərqli olaraq demokratların hələlik ehtiyatlı davrandığı, təbrik mesajları paylaşmadığını vurğulayır.

2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. O, Respublikaçılar Partiyasının üzvüdür.

Konqresin alt qanadında – 435 nəfərlik Nümayəndələr Palatasında Respublikaçılar Partiyası 220, Demokratlar Partiyası 212 mandatla təmsil olunur.

Yuxarı palatada – 100 nəfərlik Senatda respublikaçıların 53, demokratların 45 yeri var.

İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İran da sərt qarşılıq verib.

İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib, bu zaman bombardmançı təyyarələr və bunker dağıdan bombalardan istifadə olunub.

İyunun 23-də İran ABŞ-ın Qətərdəki hərbi bazasına 14 raket buraxıb. ABŞ prezidenti Donald Tramp bu hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə İrana təşəkkürünü bildirib. O qeyd edib ki, İranın cavabı zəif olub, 14 raketdən 13-ü havada vurulub, biri isə boş sahəyə düşüb. Donald Tramp İrana təşəkkürünü əvvəlcədən edilmiş xəbərdarlığın ölüm-itim olmamasına, heç kimin xəsarət almamasına şərait yaratması ilə əsaslandırıb. ABŞ prezidenti İsraillə İran arasında atəşkəs razılığını bundan az sonra bəyan edib.

Mənbə: Foxnews.com

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

  • 24 İyun 2025
  • comments

Sosial-iqtisadi göstəricilər

  • 24 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
AktualDünyanın səsiXəbər

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Argentinada rus casusları – Rəsmi açıqlama, Rusiyanın izahatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiXəbər

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

Son materiallar

comments
AktualDünyanın səsiXəbər

Alimlər diabetin yeni müalicə üsulunu tapıblar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Argentinada rus casusları – Rəsmi açıqlama, Rusiyanın izahatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda