• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

  • 20 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

“Foks Nyus” (“Fox News”) kanalının internet səhifəsində “Çin irəliləyir, ABŞ ordusu kosmosda üstünlüyü əldən verir” başlıqlı təhlil dərc olunub. Yazının müəllifi ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan generalı Con Tayxertdir.

Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, ABŞ-ın kosmosdakı uğurları uzun illər Amerika ordusuna xeyli üstünlük qazandırıb: “Bu gün daha çox kosmik sahədə fəaliyyət göstərən özəl şirkətlərin təqdim və təmin etdiyi qabaqcıl texnologiyalar (Yerin gündəlik müşahidəsi, peyk interneti, qlobal telekommunikasiya şəbəkələri və sair) amerikalı əsgərlərin döyüş meydanında operativ qərar verməsində əhəmiyyətli rol oynayır”.

Lakin müəllif vurğulayır ki, qlobal gərginlik artdıqca bir yandan xaricdəki rəqiblərin fəaliyyəti, bir yandan da daxildə atılan yanlış addımlar ucbatından ABŞ-ın kosmik sahədəki liderliyi risk altına düşüb: “Ötən ay Konqresdə açıqlandığı kimi, ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi növbəti büdcə ilində kommersiya şirkətlərinin peyk çəkilişlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaiti xeyli azaldıb. Bu ixtisar Amerikanın milli təhlükəsizliyinə, ordusuna təhdiddir və ölkənin kosmik sahə üzrə ixtisaslaşmış şirkətlərini çökmə həddinə gətirə bilər”.

General Con Tayxertin fikrincə, özəl şirkətlərin peyk müşahidələri çağdaş dövrdə hərbi əməliyyatlar üçün hava-su kimi lazımdır: “Bu imkanlara çıxışın məhdudlaşması orduda qərarların daha gec qəbul edilməsi, hərbi əməliyyatların effektinin zəifləməsi, tək ABŞ-ın yox, müttəfiq dövlətlərin silahlı qüvvələrinin də başı üzərində qara buludların dolaşması ilə nəticələnə bilər. Büdcə ixtisarları kəşfiyyatı da korazehin edir. Belə yanlış qərarlar kosmosda gedən qlobal yarışda ABŞ-ı taxtdan sala bilər”.

Daha sonra müəllif Çinin kosmik sahəni sürətlə inkişaf etdirməsinə diqqət yönəldir, bildirir ki, Çin bu sahədə durmadan irəliləyir: “Çindəki CGST (Chang Guang Satellite Technology) özəl şirkəti hökumətin ayırdığı maliyyə hesabına fəzaya yüzdən çox peyk buraxıb və hərtərəfli kəşfiyyat məlumatları toplamağa, kosmik sektorda yeni qaydalar diktə etməyə qadir bir struktura çevrilib. Bütün bunlar Çini peyk çəkilişləri, peyk rabitəsi sahəsində əhəmiyyətli dərəcədə irəli çıxarıb. Qərbin kəşfiyyat orqanlarının açıqladığı kimi, Rusiya Ukraynadakı strateji obyektləri, o cümlədən atom elektrik stansiyalarını Çinin kommersiya peyklərindən yararlanmaqla izləyir. Rusiya raket hücumlarından müdafiə olunmaq üçün də həmin peyklərdən istifadə edir”.

Məqalədə vurğulanır ki, avtoritar rejimlər kommersiya şirkətlərinin təqdim etdiyi kosmik texnologiyalarla intensiv silahlanmaqdadır və bu prosesin sürəti ABŞ-ın həmin silahlardan qorunmaq üçün apardığı işin sürətini üstələyir: “Nə qədər qəribə səslənsə də, ABŞ-ın müttəfiqləri amerikalıların qurduğu özəl şirkətlərin kosmik texnologiyalarından ABŞ hökumətinin özündən çox faydalanır. Müttəfiq dövlətlərin hərbi qurumları ABŞ-ın kommersiya şirkətlərinin peyk görüntülərindən və analitik imkanlarından daha uğurla istifadə edir. Bu sıraya Ukrayna da daxildir. Ukrayna Amerikanın kommersiya qurumlarının kosmik texnologiyaları sayəsində Rusiya ilə bərabər bir status qazanmağı bacarıb”.

ABŞ-ın Müdafiə Nazirliyinin və kəşfiyyat orqanlarının büdcələrini topladıqda onların cəmi vəsaitin 1 faizdən də az hissəsini kommersiya qurumlarının kosmik fəaliyyətinə xərclədiyini, kommersiya peyklərinin nəhəng məlumat bazasından dövlətin xəsisliklə yararlandığını, yüksək rütbəli kəşfiyyat rəsmilərinin bunu problem kimi qəbul etdiyini, dövlət təşkilatlarının bəzən özəl sektorda hazırlanmış texnologiyaları yenidən düzəltməklə əlləşdiyini bildirən, bunu vaxt və maliyyə israfı kimi qiymətləndirən, bəzi funksiyalarına görə özəl peykləri dövlətin bahalı məxfi peyklərindən də üstün tutan general Con Tayxert hesab edir ki, dövlət kosmik texnologiyalara malik özəl şirkətlərə ciddi və davamlı investisiyalar ayırmalıdır: “Ən vacib təşəbbüsləri ixtisar etmək əvəzinə EOCL kimi (Elektro-Optik Kommersiya Qatı) proqramlar qorunmalı və genişləndirilməlidir. O cümlədən müdafiə, kəşfiyyat agentliklərində satınalma prosesləri modernləşdirilməli və texnologiyanın sürətli inkişafına uyğunlaşdırılmalıdır. Dolaşıq qərarlar verməyin yox, tələbatı aydın ifadə edən siqnallar göndərməyin vaxtıdır”.

General qeyd edir ki, kosmos imkanlarına dəstəyin azaldılması prezident Donald Trampın milli təhlükəsizlik prioritetləri ilə də tam ziddiyyət təşkil edir: “Tramp haqlı olaraq kosmosu “növbəti döyüş meydanı” kimi səciyyələndirib. Onun administrasiyası özəl sektorda innovasiyaları dəstəkləyib, kommersiya əsaslı satınalmaları təşviq edən sərəncamlar imzalanıb. Lakin ritorika yetərli deyil, struktur islahatlarına ehtiyac var. Konqres kommersiya proqramlarını maliyyələşdirsə də, agentliklər həmin vəsaitin təyinatına “əl gəzdirib” öz sistemlərini qurmağa yönləndirir. Bu isə əsas sualı gündəmə gətirir: kommersiya texnologiyalarının inkişafı üçün nəzərdə tutulan vəsaitlər doğrudanmı öz peyklərini qurmağa can atan dövlət agentliklərində saxlanmalıdır?

Trampın ikinci prezidentlik dönəmində ABŞ kosmosda yeni bir üstünlük dövrünə başlamaq fürsəti əldə edib. ABŞ hərbçilərə gərəkli bütün texnoloji vasitələrin və məlumatların verilməsi üçün tarixi bir imkana sahiblənib. Bu fürsətdən yararlanmaq üçün kosmik sahədə uzaqgörən siyasətlə dəstəklənən güclü özəl sektorun olması çox vacibdir. Vaşinqtondakı liderlərin qərar verməsi lazımdır. Hələlik onların köhnə düşüncə tərzində qalıb ən yeni texnologiyaları savaş meydanından uzaq tutacaqları, ya da ABŞ-ın kosmik sahədə imkanlarını artırmağa sərmayə yatıracaqları, bununla da 21-ci əsrin ən vacib sahəsində liderliyi təmin etməyə çalışacaqları bəlli deyil”.

Mənbə: Foxnews.com

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

  • 19 İyun 2025
  • comments

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

  • 20 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda