2025-ci ilin ilk rübünə aid statistikaya görə, Gürcüstanda kişilərin orta aylıq maaşı 2601,3 lariyə çatıb. Qadınlarda analoji göstərici 857,1 lari azdır: 1744,2 lari.
Novator.az Milli Statistika Xidmətinin hesabatına istinadla bildirir ki, aprelin 1-nə ölkədə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2170,1 lari olub.
Paytaxt Tbilisidə orta maaş 2543,9 lari həddində rəsmiləşib.
1 Gürcüstan larisi 62 qəpikdən bir az bahadır.
Mənbə: Geostat.ge