• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Doğrudanmı İran atom bombası astanasındadır? – “Doyçe Velle”

  • 17 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

İyunun 13-dən İrana qarşı hərbi hava hücumlarına başlayan İsrail bunu Tehranın nüvə proqramının təhlükəli mərhələyə çatması ilə əsaslandırır.

İranın nüvə proqramı doğrudanmı təhlükəli mərhələdədir?

Novator.az-ın məlumatına görə, Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsində yerləşdirilmiş yazıda deyilir ki, nüvə proqramları əsasən iki – mülki və hərbi istiqamətli olur: “Mülki proqramda məqsəd elektrik enerjisi istehsal etməkdir, ona görə bu proqram zamanı əldə olunan nüvə enerjisi elektrik stansiyalarına ötürülür. Hərbi proqramda isə məqsəd raketlər üçün nüvə başlığı, yəni atom bombası hazırlamaqdır.

Tehran israrla bildirir ki, İranın nüvə proqramı sırf mülki xarakter daşıyır. Ekspertlərin və Qərb dövlətlərinin kəşfiyyat orqanlarının əksəri bu iddianı hələlik qəbul edir, İranın hələ ki, nüvə silahı hazırlamadığı ilə razılaşır.

Amma İranda uranın zənginləşdirilməsi səviyyəsi beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İranda 60 faizədək zənginləşdirilmiş 400 kiloqramdan çox uran var. Bu isə dinc enerji istehsalı üçün lazım olandan xeyli artıqdır və silah istehsalına yaxın hədd sayılır. Əgər həmin 400 kilodan çox uran ehtiyatının zənginləşdirilməsi 90 faizə çatsa, ondan təqribən 10 nüvə başlığı hazırlamaq olar”.

Təhlükəsizlik eksperti Hans Yakob Şindler “Doyçe Velle”yə açıqlamasında İranın uranı 60 faizədək zənginləşdirdiyini, Beynəlxalq Atom Enerjisi Agentliyinin bunu rəsmən təsdiqlədiyini, eyni zamanda İranın raket sınaqlarını intensivləşdirdiyini yada salaraq bildirib ki, Tehranın bütün bu addımlarına ABŞ-la danışıqlarda təzyiq vasitəsi kimi də baxmaq mümkündür: “Ancaq başqa yöndən baxanda İranın doğrudan da atom bombasına yiyələnmək yolunda irəlilədiyini görmək olar”.

“Doyçe Velle” xatırladır ki, İranın nüvə proqramı ilə bağlı Tehranla Vaşinqton arasında danışıqlar bu həftə Oman Sultanlığında davam etdirilməli idi: “Lakin ayın 13-dən başlanan silahlı qarşıdurma danışıqların təxirə salınması ilə nəticələndi. Hazırda İranın uranı 90 faiz həddində zənginləşdirdiyi haqda hər hansı dəlil-sübut yoxdur. Amma ekspertlər xəbərdarlıq edirlər ki, İran indiki resursu və texnoloji imkanları ilə bu həddə çox tez çata bilər. İsrailin son hücumlarından az əvvəl Tehran uranın zənginləşdirilməsi üzrə daha bir müəssisənin işə düşəcəyini açıqlamışdı”.

“Doyçe Velle” belə bir məsələyə də diqqət çəkir ki, uranı nüvə silahına yaraya biləcək həddə zənginləşdirmək hələ atom bombasına yiyələnmək demək deyil: “İran uranı o həddə zənginləşdirəndən sonra hələ işlək nüvə başlığı və həmin başlığı daşıya biləcək raket də hazırlamalıdır”.

İsrailin iyunun 13-dən başlanan hava zərbələrinin İranı nə dərəcədə geriyə saldığına gəlincə, “Doyçe Velle”nin internet səhifəsindəki yazıda xatırladılır ki, zərbələr təkcə nüvə obyektlərinə endirilmir: “İsrail İranın hərbi rəhbərliyini, nüvə proqramında iştirak edən alimlərini də hədəf alıb. Peyk görüntüləri Nətənz və İsfahanda yerləşən mühüm nüvə obyektlərində ciddi dağıntıların olduğundan xəbər verir. Beynəlxalq Atom Enerjisi Agentliyi bu obyektlərə ziyan dəydiyini təsdiqləyib. Obyektləri bərpa etməyin İrana nə dərəcədə asan, yaxud çətin başa gələcəyi isə hələ bəlli deyil”.

Vyanada yerləşən Sülhə Dəstək və Münaqişələrin Tənzimlənməsi İnstitutunun İran üzrə eksperti Valter Poş “Doyçe Velle”yə deyib: “Ümumən hücumlar İrana böyük ziyan vurmaqdadır. Hətta generalların öldürülməsindən də daha ciddi hadisə nüvə alimlərinin öldürülməsidir. Onlar nüvə proqramının bünövrəsini qoymuş, layihədə ilk gündən iştirak etmiş alimlərdir. Faktiki onlar bütün institusional yaddaşın daşıyıcıları idilər. Onların ölümü İran üçün həm nəzəri, həm də praktiki baxımdan çox ağır itkidir”.

İsrailin İranın raket bazalarını da hədəfə aldığını yada salan “Doyçe Velle” bildirir ki, İran dinc nüvə proqramına 1950-ci illərdə ABŞ-ın dəstəyi ilə başlayıb: “O vaxt ölkəni Qərbyönlü hakimiyyət (şah rejimi) idarə edirdi. 1979-cu ilin inqilabından sonra Qərb əleyhinə siyasət yürüdən yeni hakimiyyət (islam rejimi) beynəlxalq aləmi nüvə proqramından hərbi məqsədlərlə istifadə oluna biləcəyi sarıdan narahat etməyə başladı. 2002-ci ildə Nətənzdəki obyektdə yüksək həddə zənginləşdirilmiş uran aşkarlandı və bu, beynəlxalq sanksiyalara səbəb oldu.

2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə Birgə Hərtərəfli Fəaliyyət Planı adlı saziş imzalandı. Saziş Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açması müqabilində Qərbin, o cümlədən ABŞ-ın və beynəlxalq təşkilatların İrana tətbiq etdiyi bir çox sanksiyanı aradan qaldırmasını nəzərdə tuturdu. Lakin 2016-cı ilin prezident seçkisində qalib gələrək 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayan Donald Trampın ilk hakimiyyəti dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxdı.

O vaxt Tramp bu addımını sazişin müvəqqəti xarakter daşıması və İranın ballistik raket proqramından irəli gələn məsələləri həll etməməsi ilə əlaqələndirdi. Donald Tramp sazişdən çıxanda İrana qarşı aradan qaldırılmış sanksiyaların da bərpasına qərar verdi, üstəlik, sanksiyalara əlavələr də etdi.

2015-ci il sazişində İranın uranı 3,67 faizdən çox olmamaqla zənginləşdirməsi barədə razılıq əldə olunmuşdu. Yəni 3,67 faizlik limit qoyulmuşdu. Amma ABŞ-ın sazişdən çıxmasına cavab olaraq İran bu məhdudiyyəti dəfələrlə aşdı, nüvə proqramını əvvəlkindən də yuxarı səviyyəyə qaldırdı.

2020-ci ildə prezident seçkisində uduzduğuna görə 2021-ci il yanvarın 20-də postunu tərk edən Donald Tramp 2024-cü ilin prezident seçkisini udub 2025-ci il yanvarın 20-də yenidən dövlət başçısı postuna əyləşdi. Trampın hazırda davam edən ikinci hakimiyyəti dövründə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına cəhdlər oldu. Aprel ayından ABŞ və İran diplomatları İtaliyada və Omanda ümumilikdə beş dəfə görüşüb danışıqlar apardı. Altıncı görüşü iyunun 15-də Omanda keçirmək nəzərdə tutulurdu…”

Mənbə: Dw.com

Gürcüstanda orta maaş

  • 17 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Raketlərin qaranlıqda atılmasının səbəbi – “Yerusəlim Post”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Raketlərin qaranlıqda atılmasının səbəbi – “Yerusəlim Post”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda