• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ və Çin Londonda nəyi razılaşdırıb?

  • 12 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

Londonda ABŞ və Çin təmsilçilərinin iki gün davam edən danışıqları başa çatıb. Tərəflər ötən ay əldə olunmuş ticarət razılaşmasının çərçivələrini müəyyənləşdirən sənədin mətni üzrə razılığa gəliblər. Sənəd hər iki ölkənin rəhbəri təsdiqləyəndən sonra qüvvəyə minəcək.

Novator.az xatırladır ki, ABŞ prezidenti Donald Tramp gömrük rüsumlarını ən çox Çinə münasibətdə qaldırıb. Cavab olaraq Çin də oxşar addımlar atıb. Bu ticarət savaşı xüsusilə Çinin nadir torpaq metallarının ABŞ-a ixracı sahəsində çətinliklər yaradıb. ABŞ-ın “Aksios” (“Axios”) saytı yazır ki, məhdudiyyətlərin aradan qalxması ABŞ-ın iqtisadiyyatı və maliyyə bazarları üçün müsbət siqnal olacaq.

ABŞ-ın ticarət naziri Hovard Lütnik Londondan qayıdarkən “Aksios”a açıqlamasında əldə olunmuş razılaşmanı “Amerika üçün əla nəticə” adlandırıb. Nazir bildirib ki, prosesdə dönüş yaratmış əsas məqamlardan biri Donald Trampın ötən həftə Çin Xalq Respublikasının sədri Si Cinpinlə uzun telefon danışığı, iki liderin söhbətinin konstruktiv atmosferdə keçməsi olub. Lütnikin sözlərinə görə, Londondakı müzakirələr zamanı Çin rəsmiləri həmin telefon söhbətindən dəfələrlə iqtibas gətiriblər.

London danışıqlarında Lütniklə yanaşı ABŞ-ın maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir də iştirak ediblər.

Razılaşmanın əldə olunduğu gecəyarısı Londonun mərkəzində, Bukingem sarayı yaxınlığında yerləşən tarixi Lankaster Haus malikanəsində elan edilib.

Ticarət sahəsində 40 il təcrübəsi olan Lütnik vurğulayıb ki, prosesin uğurla sonlanmasında məsələyə səbirlə, dözümlə yanaşılması mühüm rol oynayıb: “Hiss edəndə ki, razılaşmaq mümkündür, gərək geri çəkilməyəsən”.

“Aksios” yazır ki, apreldə qarşılıqlı cavab tədbirləri nəticəsində dünyanın iki ən böyük iqtisadiyyatı arasında faktiki ticarət embarqosu yaranmışdı: “ABŞ-ın tətbiq etdiyi 145 faizlik rüsumlar Çindən idxalı çökdürmüşdü. May ayında Cenevrədə yüksək səviyyəli danışıqlardan sonra tərəflər yeni rüsumların əksərinin 90 günlüyə dayandırılması barədə razılığa gəlmişdi. Amma bunun ardınca ABŞ bəyan etdi ki, “Huawei Ascend” çipləri ixrac qaydaları pozularaq istehsal olunur. Buna görə ABŞ həmin çiplərin istifadəsinə qlobal miqyasda məhdudiyyət qoydu. Çinin buna reaksiyası da sərt oldu. Az keçmədi ki, Çin hökuməti nadir torpaq metallarının ixracını məhdudlaşdırdı. Bu metallardan isə ABŞ-da yüksək texnologiyalara aid yüzlərlə məhsulda istifadə olunur. Bundan sonra ABŞ Çin tələbələrinə viza verilməsini məhdudlaşdırmaq, hətta təsdiqlənmiş vizaları geri götürmək kimi bir tədbirə əl atdı”.

Donald Trampla Si Cinpinin ötən həftə telefonla saat yarım danışıq apardığını, London görüşünə də həmin danışığın yol açdığını xatırladan “Aksios” digər mənbələrə də istinad etməklə xəbər verir ki, London razılaşması gömrük rüsumlarının azaldılması, Çinin nadir torpaq metallarına qoyduğu məhdudiyyətlərin yumşaldılması daxil olmaqla bir sıra qarşılıqlı güzəşti nəzərdə tutur.

“Aksios” onu da vurğulayır ki, ticarət müharibəsi hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərib: “Çinin may ayında ixracdan gözləntisi doğrulmayıb – ABŞ-a ixrac 34 faiz azalıb. Bu, pandemiyanın ilk aylarından bəri ən ciddi geriləmədir. ABŞ-da iqtisadi göstəricilər hələlik sabit qalsa da, əmək bazarında zəifləmə və bahalaşma müşahidə olunur. Ona görə Londonda razılaşdırılan sənədi hər iki liderin təsdiq edəcəyi gözlənir. Sənədin detalları və necə icra olunacağı hələlik açıqlanmayıb”.

Mənbə: Axios.com

İranda it gəzdirmək yasağının dairəsi genişləndi

  • 12 İyun 2025
  • comments

122 milyondan çox didərgin var

  • 12 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

İranda it gəzdirmək yasağının dairəsi genişləndi

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

Son materiallar

comments
Dünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda